29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Robert Prosineçki: “Qələbə qazanmaq üçün hər şeyi edəcəyik”

"5 gündür ki, hazırlıqlara başlamışıq. Futbolçulardan razıyam. Əvvəlcə heyətdə zədəli futbolçular var idi və tam heyətlə hazırlıq keçə bilmirdik. Sonradan vəziyyət düzəldi. Bizi çətin oyun gözləyir. Norveç ilk görüşdə Almaniyaya uduzub. Komandama inanıram. Oyuna hazırıq və qələbə qazanmaq üçün hər şey edəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futbol üzrə milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis Bakı Olimpiya Stadionunda Norveçlə oyunöncəsi mətbuat konfransı keçirib. Çıxışından sonra Prosineçki jurnalistlərin suallarını cavablandırıb:

-Klubunda hər oyuna çıxan Vaqif Cavadov millinin heyətində yoxdur...

- Ramil şeydayev və Emil Mahmudov gənc futbolçulardır. Düşünürəm ki, onlar gələcək üçün vacib oyunçulardır. Üstəlik, onların mövqeyi Vaqif Cavadovla eyni deyil. Onun mövqeyində daha yaxşı formada olan futbolçular var. Futbolçular "Trabzonspor", "Boavişta" və "Sumqayıt"da oynayır. Düşünürəm ki, bu klublar arasında fərq böyükdür.

- Sabahkı oyun üçün start heyətini açıqlaya bilərsiniz?

- Bilirəm ki, bu hər kəsi maraqlandırır. Komanda son 5 gündə yaxşı məşq edib. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Üzümü futbol həvəskarlarına tuturam və onları stadiona dəvət edirəm. O qədər optimistəm ki, sabahdan Azərbaycanda futbola marağın qalxacağına və millinin oyunlarına biletin çətinliklə tapılacağına inanıram. Sabah oyuna bu heyətlə başlayacağıq: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov.

- Bədavi Hüseynovun start heyətində yer almaması zədəsinin tam sağalmadığını göstərir?

- Bədavi iki aya yaxın futboldan kənar qalıb. Son zamanlarda yalnız 2 görüşdə meydana çıxıb. Fikrimcə, o bu gün Norveçə qarşı oynayacaq formada deyil. Ümid edirəm ki, sabah heç kim zədə almayacaq. Maksim Medvedev mərkəz müdafiəçisi mövqeyində Bədavinin yerinə çıxış edəcək. İnanıram ki, heç bir problem olmayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31