19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rüfət Musayev: “Sağalıb yenidən futbola qayıdacağıma inanıram"

Bu ilin fevral ayında AZAL-ın futbolçusu Rüfət Musayevdə xərçəng xəstəliyinin aşkarlanması barədə mətbuatda məlumat getmişdi. Xəstəlik Rüfəti futboldan məcburən  uzaq salmışdı. Üstündən 7 ay vaxt keçib. Bu müddətdə 1 dəfə cərrahiyə əməliyyatına məruz qalan və 8 kurs kimyəvi müalicə alan Rüfətlə əlaqə saxlayıb vəziyyətini öyrəndik. Rüfət özünü yaxşı hiss etdiyini bildirdi: “Bir neçə gün əvvəl analizləri Moskvaya göndərmişik. Oktyabrın 20-ə kimi nəticələri bilinməlidi. Ümid edirəm ki, xoş xəbər alacam. Əməliyyatın yeri demək olar ki, tam sağalıb. Aldığım müalicədən sonra səhhətimdə irəliləyiş var. Bir ara xərçəng ağciyərimə metastaz vermişdi. Aldığım kimya terapiyalarının köməyi oldu. İndi demək olar ki, heç nə yoxdur. Özümü gümrah hiss edirəm".

Rüfətdən əməliyyat və müalicə xərcləri, o cümlədən, komandasının ona göstərdiyi dəstəklə maraqlandıq. Məlum oldu ki, 7 ay ərzində nəinki AZAL, həmçinin, Premyer Liqa və 1-ci dəstə klubları, ayrı-ayrı futbolçular Rufətə həm maddi yardım göstəriblər, həm də mənəvi dayaq durublar: “AZAL rəhbərliyinə və baş məşqçi Tərlan Əhmədova minnətdarlığımı bildirirəm. Müalicəmin böyük hissəsini Moskvada aldım. Orada qiymətlər bir qədər bahadı. Həm də yol xərclərini qarşılamaq lazım idi. Onların maddi yardımı ilə  lazımi müalicə götürə bildim. AZAL-dan başqa  digər klublarımız, ayrı-ayrı futbolçular da mənə maddi yardım göstərdilər. Kimisə yaddan çıxaracağımdan ehtiyatlanaraq ad çəkmirəm. Sonra yaxşı alınmaz. Hamısına minnətdaram".

Rüfətin sözlərinə görə, indiyə kimi müalicəsinə 40 min manatdan çox xərc çıxıb. Bunun 11 minini atası banklardan və ayrı-ayrı şəxslərdən borc götürüb: “Pulun önəmli olmadığın deyə bilmərəm. Son analizlərimi burada vermişəm və yoxlanması üçün Moskvaya göndərmişik. Amma oradakı həkim düzgün cavab almaq üçün mütləq Moskvaya getməli və təkrar analiz verməli olduğumu bildirir. Bu isə əlavə vəsait tələb edir. Hər halda ruhdan düşmürəm. Bacardığımızı edəcəyik. Sağalıb yenidən futbola qayıdacağıma inanıram".

Yeri gəlmişkən, həkimlər Rüfətə yenidən futbol onaması üçün heç bir problemin olmadığını söyləyiblər. Əsas odur ki, müalicə uğurla başa çatsın. Ümid edik ki, bu baş verəcək və tezliklə Rüfəti yaşıl meydanlarda görəcəyik.

“Het-trik news” qəzeti

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30