19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA cəzaları açıqladı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

4 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun “Qaradağ Lökbatan” - “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

4 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun MOİK - “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 70-ci dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

4 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun “Energetik” - “Səbail” matçında “Energetik” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 54-cü dəqiqəsində “Energetik” klubunun 19 №-li futbolçusu Kamran Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 87-ci dəqiqəsində “Səbail” klubunun 17 №-li futbolçusu Ramazan Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

5 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun “Şəmkir” - “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). “Şəmkir” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).

5 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun “Bakılı” - “Zaqatala” matçında “Bakılı” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunur (maddə 50).

25 sentyabr 2016-cı il  U-12 Liqasında AZAL - “Təhsil” FM matçının 48-ci dəqiqəsində AZAL klubunun 10 №-li futbolçusu Mirəhməd İsayev və  “Təhsil” klubunun 14 №-li futbolçusu Elşən Abdullayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.3).

24 sentyabr 2016-cı il U-11 Liqasının “Neftçi” İK İB (Siyəzən) - “Yalama” (Xaçmaz) matçında “Yalama” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

24 sentyabr 2016-cı il U-10 Liqasının “Sumqayıt” FK - UGİM (Xızı) matçında UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

1 oktyabr 2016-cı il  U-13 Liqasında “İnter” - “Zirə” matçının 42-ci dəqiqəsində “İnter” klubunun 5 №-li futbolçusu Zaur Qasımov və “Zirə” klubunun 6 №-li futbolçusu Elnur Əzizov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır (maddə 37.1).

1 oktyabr 2016-cı il  U-14 Liqasında “Mil-Muğan” (İmişli) - UGİM (Saatlı) matçının 38-ci dəqiqəsində “Mil-Muğan” klubunun 7 №-li futbolçusu Rəhim Cəfərli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 52-ci dəqiqəsində UGİM (Saatlı) klubunun 9 №-li futbolçusu İzzət Əsədli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı  üçün futbolçu 2 oyun cəzalanır (maddə 38.3).

1 oktyabr 2016-cı il  U-12 Liqasında Gİİ (Qazax) - Qələmçə (Ağstafa) matçında Gİİ klubunun heyətində limitin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir  (maddə 51).

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30