25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Əmrah Çəlikəl: “Qarabağ” “qara zolaq”da deyil”

"Qarabağ" son üç oyunu səfərdə keçirib. "Kəpəz", "Fiorentina" və "Qəbələ". Statistikaya baxdıqda komandanın pis oynamadığını görürük. “Qarabağ”a dəstək olmaq lazımdır. Düşünürəm ki, "Qarabağ" “qara zolaq”da deyil". Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib.

O, yeni müqavilə imzalanan gənc qapıçı Emil Balayevlə bağlı da danışıb. Gənc qolkiperin yeni transfer adlandırılmamasını xahiş edib: "Emil Balayev yayın əvvəlindən komanda ilə məşq edir və bizimlə bir yerdədir. Sadəcə müqaviləni yeni bağlamışıq. Onu yeni transfer kimi qiymətləndirməməyinizi xahiş edirəm. Emil Almaniyada bir klubla görüşürdü və müqavilə bağlamaq ehtimalı vardı. Bu səbəbdən bizimlə müqavilə gec oldu. Onun gəlişi hansısa qapıçının getməsinə dəlalət etmir. Gələcəkdə kimin qalıb-gedəcəyinə qaldıqda, bu məsələdə baş məşqçimiz qərar verir. Digər transferlərə gəlincə, baş məşqçimiz var. Mənim hansısa transferdən danışmağım düzgün olmaz. Hansı mövqelərdə çatışmazlığın olduğunu Qurban Qurbanov daha yaxşı bilir".

Çəlikəl “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla bağlı da fikirlərini bildirib. O, müdafiəçinin klubun U-19 komandasına baş məşqçi təyin olunmasının futbolçu kimi çıxışına heç bir təsir göstərmədiyini vurğulayıb: "Düşünmürəm ki, Rəşad Sadıqovun bütün diqqəti 19 yaşlı futbolçularımıza yönəlib və oyuna fikir vermir. Onun həyatı futbolla bağlıdır. U-19-a baş məşqçi təyin edilib və köməkçiləri var. Bu təyinatın Rəşadın gələcək məşqçilik karyerası üçün düzgün addım olduğunu düşünürəm. Üstəlik gələcəyin böyük futbolçusu olacaq uşaqların qarşısına yaxşı nümunə qoymuşuq. Bu da onların motivasiyası üçün də yaxşı yoldur. Rəşadın hansısa enişdə olduğunu da düşünmürəm. Onun çıxışı "Qarabağ" üçün xeyirlidir".

Onun sözlərinə görə, Avropa Liqasının qrup mərhələsinin III turunda oktyabrın 20-də Yunanıstanın PAOK klubu ilə oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Üstəlik bu müddətdə Premyer Liqa oyunu da mərkəzi arenada ola bilər: "PAOK-la oyunda layiqlıi nəticə qazanmaq istəyirik. Hazırda 7 futbolçu yığmanın düşərgəsindədir. Millinin oyunları səbəbindən yaranan fasilədə isə yoldaşlıq görüşü keçirməyəcəyik. Hələ bu barədə dəqiq qərar yoxdur. Düşünürəm ki, Yunanıstanla oyuna tam heyətlə çıxacağıq. Oyunun keçiriləcəyi stadion əlverişlidir və ümid edirik ki, mövsüm sonunadək heç bir problem olmayacaq. "Sumqayıt"la oyunun da mərkəzi arenada keçirilmə ehtimalı var. Ancaq hələ heç bir qərar verilməyib. Meydançanın vəziyyətinə uyğun addım atılacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30