25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Bu təklifi yazılı şəkildə İcraiyyə Komitəsinin müzakirəsinə göndərəcəyik”

"Son bir ayda görüşməmişdik. Budəfəki iclasda bütün klublar yüksək səviyyədə təmsil olundu". Futbbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün keçirilmiş iclasdan sonra jurnalistlərə açıqlamasında deyib.

F.Hüseynov iclasda  6 məsələni müzakirə edildiyini bildirib: "AFFA Lisenziyalaşma Qrupunun rəhbəri Elçin Məmmədov bütün klubların nöqsanlarını, problemlərini, aşağı yaş qrupları üzrə komandalardakı məşqçilərin kateqoriyalarının olmaması barədə bizi məlumatlandırdı. Biz də bunları qeyd etdik. Lisenziyalaşma Qrupu AFFA rəhbərliyi qarşısında təkliflər irəli sürəcək. Gələn iclasda bu məsələyə dair biz də müəyyən addımlar atacağıq. "Qəbələ" təklif etmişdi ki, U-19 çempionatı 3 dövrəli olsun. Belə qərara gəldik ki, bu cür bir az çətin olacaq. Əvəzində çempionu ilk 4-lük arasında 3 dövrəlik sistemlə müəyyənləşdirsinlər. "Qarabağ"la "Qəbələ" təklif etmişdi ki, legioner limitini 7+3+1 edək. Yəni 4 yerli oyunçudan biri 21 yaşadək olsun, qalanları legioner. "İnter"ə 2 transfer pəncərəsində oyunçu almaq qadağası qoyulub. Üstəlik, komandanı yerli oyunçular üzərində qurublar. Buna görə də bu kluba limitin qalması sərf edirdi. Qərara aldıq ki, gələn iclasımızda hər bir klub limitlə bağlı təkliflərini versin, biz də AFFA İcraiyyə Komitəsinə təqdim edək, orada baxılsın".

Komitə sədri mövsüm sonunda Premyer Liqanı tərk edəcək və I Diviziondan gələcək komandalarla bağlı da müzakirələrin aparıldığını söyləyib: "Əsasnamədə Premyer Liqanı 1 komandanın tərk edəcəyi və I Diviziondan 3 komandanın gələcəyi yazılıb. Reallıqla götürsək, Premyer Liqadakı 8 klub infrastrukturu olanlardır, klublarımızın sayı azdır. Belə qərara gəldik ki, I Diviziondan ilk 2 yerin sahibi Premyer Liqaya yüksəlsin. 3-cü yeri tutan isə Premyer Liqa sonuncusu ilə ev və səfər prinsipi ilə "pley-off" oynasın. Bu təklifi də yazılı şəkildə İcraiyyə Komitəsinin müzakirəsinə göndərəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30