19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tale Heydərov: “Meydanda əsl savaş var idi”

“Qəbələ” klubunun prezidenti Tale Heydərov “Qarabağ”la oyundan (2:0) sonra Futbolxeber.az saytına müsahibə verib. 

- Komandanız bu gün çempionluq yolunda əsas rəqibini məğlub etdi. Bu qələbəni 6 xallıq hesab etmək mümkündür?

- Bu, bizim üçün vacib oyun idi. Çempiona qarşı mübarizə aparırdıq. Komandamız butünü gücünü oryata qoydu. Meydanda əsl savaş var idi. Vacib olan 3 xal qazandıq. Əsas da bu idi.

- Əsas rəqibi üzərində qələbə qazanan “Qəbələ”nin çempionluq şansı nə dərəcədə realdır?

Məqsədimiz çempionluqdur. Əsas rəqibimiz “Qarabağ”dır. Bu qələbə bizi məqsədimizə daha da yaxınlaşdırır. Qarşıda hələ çox oyun var. Çempionluq barədə danışmaq hələ tezdir.

- Həm “Qəbələ”, həm də “Qarabağ” cümə axşamı Avroliqada çətin oyun keçirmişdi. 3 gün əvvəlki oyunlar bugünkü matça təsir göstərdi?

- Hər iki komanda Avroliqada çox çətin oyun keçirmişdi. Çox az fasilədən sonra komandalar yenidən meydana çıxdılar. Bu da oyuna təsirsiz ötüşmədi. Lakin hər iki komanda əzmkar çıxış etdi.

- “Maynts”la görüş barədə nə deyə biərsiz?

- Həmin gün çox məyus olduq. 2:1 öndə olarkən 2:3 hesabı ilə uduzduq. Aydındır ki, “Maynts” çox güclü komandadır. Lakin qələbəni əldən verdiyimiz üçün təəssüflənirik. Çalışcağıq ki, gələcəkdə daha yaxşı mübarizə aparaq və qələbə qazanaq.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30