20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ozobiç: “Çox şadam ki, “Qarabağ”a qol vurdum"

“Qəbələ”nin aparıcı üzvü Filip Ozobiç “Qarabağ”la görüşdən sonra (2:0) Futbolxeber.az saytına müsahibə verib.

- İlk dövrənin son turunda “Qarabağ” üzərində 2:0 hesablı qələbə qazandığınız görüş barədə nə deyə bilərsən?

- Yaxşı oynadıq. Güclü rəqib üzərində layiqli qələbə qazandıq.

- Oyundan hesabı sən açdın...

- Buna görə də ayrıca sevinirəm. Çox şadam ki, “Qarabağ”a qol vurdum.

- “Maynts”la görüşdən sonra komandada yorğunluq var idi?

- 2 gün sonra yenidən güclü rəqibə qarşı mübarizə aparmaq çətin idi. Komandada yorğunluq vardı. Amma qələbə qazanmaq istəyirdik. Buna görə də bütünc gücümüzü meyanda qoyduq və qalib gəldik.

- Hesabı açdığın epizodda qapıya zərbə vurmağı əvvəldən planlaşdırmışdın?

- Təbii ki. Əvvəldən zərbə vurmağı planlayırdım. Yəni bu, təsadüf deyil.

- Tez-tez sona yaxın əvəzlənməyinə səbəb nədir?

- 2 gün əvvəl çətin oyun keçirmişdik. “Maynts”a qarşı 90 dəqiqə oynamışdım. Ona görə də yorğun idim.

- Bu qələbədən sonra “Qəbələ”nin çempionluq şansını necə dəyərləndirmək olar?

- Çempionluq üçün yaxşı şansımız var. İlk dövrəni lider kimi bitirdik. İndi bunun ardını gətirməliyik.

- “Qəbələ”nin ikinci hissədə daha çox müdafiəyə diqqət ayırması nədən irəli gəlirdi?

- İkinci hissədə “Qarabağ” təzyiqi artırdı. Rəqib daha çox hücum edirdi. Buna görə də bir qədər arxaya çəkildik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30