18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qurban Qurbanov: "Qəbələ" layiqli qələbə qazandı"

“Rəqibi təbrik edirəm. “Qəbələ” layiqli qələbə qazandı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyəti belə şərh edib: “Yaxşı oyun alındı. Rəqibin qarşısını ala bilmədik. Sonrakı dəqiqələrdə üstünlüyü ələ alsaq da, bundan istifadə edə bilmədik. “Kəpəz” və “Fiorentina” ilə səfər oyunlarından sonra komandanı hazırlamaq çətin idi. Azarkeşləri sevindirə bilmədiyimizə görə təəssüf edirəm. Çalışacağıq ki, növbəti oyunlarda yaxşı nəticə göstərək”.

- “Qarabağ” bu gün konkret hansı səbəbdən uduzdu?

- Qol buraxdıq. Əvəzində biz qol vura bilmədik. Oyunumuz istədiyimiz kimi alınmadı. “Qəbələ”nin oyun fəlsəfəsi belədi. Hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı.

- Əfran İsmayılovla Rəşaq Sadıqovun yoxluğu məğlubiyyətdə nə dərəcədə rol oynadı?

- Hər ikisinin zədəsi var.

- “Qarabağ” enişdədir. Fasilənin məhz indiyə təsadüf etməsi sizin xeyrinizədir?

- Əksinə, ziyanımıza ola bilər. Ancaq biz əlimizdə olan imkanlardan maksimum istifadə etməyə çalışacağıq. İstəyərdim ki, bütün futbolçular komandada olsun ki, səhvlərimizi daha yaxşı tədqiq edək.

- Çoxdandı “Qarabağ” 3 oyun ardıcıl qələbəyə həsrət qalmamışdı. Nə baş verir?

- Avrokubok oyununu bura daxil etməzdim. Bu oyunlarda rəqiblərimiz bizdən üstün olublar. Ancaq deməzdim ki, komanda pis oynadı. Futbolçuların çıxışından razı qaldım. Hər bir komanda bu cür halla üzləşə bilər. Əsas odu, gələn oyunlarda bu xal itkilərini kompensasiya edək.

- Vüqar Nadirov haradadır? Ndlovunun oyunundan razı qaldız?

- Vüqar Nadirov “Qarabağ”dadı. Sadəcə, hələ formasını bərpa etməyib. Ndlovunun artıq çəkisi yoxdu. Onun fiziki forması belədi. Onun çıxışı məni qane edir.

- Elvin Yunuszadə son vaxtlar çox tənqid olunur...

- Onun oyunundan razıyam. Verilən tapşırığı tam yerinə yetirir. Ancaq daha yaxşısını bacarar. Məni onunla bağlı narahat edən yeganə cəhət xarakteridi.

- Düşünmürsüz ki, komandanın psixoloqa ehtiyacı var?

- Komandanın psixoloqu var. Bu, mənəm. Mən özüm də futbolçu olmuşam və uğursuz oyunlardan sonra onlarla necə danışmalı olduğumu bilirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30