29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Zuar Svanadze: “Hələ heç nə itirməmişik”

"İlk hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci 45 dəqiqədə isə rəqib gücünü artırdı. Bunun nətəcəsində də rəqib qol vura bildi. Bir xal qazandıq. Hələ heç nə itirməmişik. Qarşıdakı oyunlara hazırlığı davam etdirəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 7-ci turunda “Zirə” ilə oyundan (1:1) sonra deyib.

- Düşünmürsünüz ki, xal itirməyinizin səbəbi ilk hissədə geriyə çəkilməyinizdi? Bundan başqa qol buraxandan sonra futbolçularınız yerə çökdü. Sanki çempionluq matçına çıxmışdınız...

- Haqlısınız. Futbolçular geri çəkilmişdi. Bunun səbəbi də rəqibin təzyiqi artırması idi. Oyunun son dəqiqəsində qol buraxmağımız yaxşı hal deyil. Bu, ilk dəqiqələrdə baş versəydi, problem olmazdı. Futbolda gözlənilməz nəticələr qeydə alınır.

- Rauf Əliyev, Nizami Hacıyev final fiti səslənəndə söyüş söydülər...

 - Sadəcə, son dəqiqə qoluna görə məyus olmuşdular. Bu, hər hansı bir etiraz deyildi.

- Qarşıda fasilə olacaq. Bundan necə istifadə edəcəksiniz?

- Bakıda hazırlığımızı davam etdirəcəyik. Yəqin ki, bir yoxlama matçı keçirəcəyik. Amma hələ ki, rəqib müəyyənləşməyib.

Mənbə: futbol11.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31