20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rövnəq Abdullayev: "AVRO-2020 yüksək səviyyədə keçiriləcək"

AFFA prezidenti Rövnəq Abdullayev Avropa kuboklarının final matçlarının Bakıda keçirilmə variantına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, R.Abdullayev jurnalistlərə açıqlamasında Avro-2020-dək bir neçə böyük futbol yarışını Azərbaycan paytaxtında keçirməyə çalışacaqlarını deyib.

"Biz AVRO-2020 üçün peşəkar sifariş hazırlamışdıq. Həmin sifariş Londondan sonra ikinci yerdə idi. Razılaşmaq lazımdır ki, UEFA bütün turnirləri eyni dövlətə vermir. Son illərdə Bakıda bir neçə böyük futbol yarışı keçirilib. İndi də AVRO-2020-yə hazırlaşırıq. Amma çalışacağıq ki, bunadək bir neçə tədbiri də Bakıda keçirək" deyə AFFA prezidenti vurğulayıb.

Assosiasiya rəhbəri 4 oyunu Bakıda keçiriləcək AVRO-2020-nin təşkilatçılığından da danışıb: "Dövlətimizin bu sahədə böyük təcrübəsi var. İndiyədək böyük tədbir və yarışlar keçirmişik. AVRO-2020 də belə yüksək səviyyədə keçiriləcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30