20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Fariz Nəcəfov: “Uduzmağımızın əsas səbəblərdən biri də...”

“Bu oyunda mütləq qələbə qazanmalıydıq. Amma təəssüflər olsun ki, istəyimizə çata bilmədik. Oyun maraqlı keçdi. Qol vurmaq üçün epizodlarımız çox olsa da, onlardan istifadə edə bilmədik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Avroliqanın qrup mərhələsinin II turunda “Maynts”da alınan 2:3 hesablı yenilgini Nəcəfov belı şərh edib: “Hər komandada oyun zamanı səhvlər olur. Mən bugünkü oyunumuzdan çox razı qaldım. Məncə qrupdan çıxmaq üçün hələ şans var. Nika Kvekveksiri və Teo Uiksin yoxluğunu keçən oyunda da hiss etmişdik. Heyətdə futbolçuların sayı məhduddur və meydanda olmayan hər bir futbolçunun yeri hiss olunur. Uduzmağımızın əsas səbəblərdən biri də oyunçu azlığı idi”.

“Qəbələ”nin vitse-prezidenti hazırkı “Qəbələ”nin ötənilki komandadan güclü olduğunu bildirib: “Artıq əvvəlkinə nisbətən daha çox təcrübəmiz var. Əvvəl harada səhvlər etmişdiksə, bu il həmin səhvləri etməməyə çalışacağıq. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq. Rəqiblərlə  aramızda səviyyə fərqi çox böyükdür. Hər şey gəlib büdcəyə bağlanır. Biz çalışırıq ki, ölkəmizi və şəhərimizi layiqli şəkildə təmsil edək. Əlimizdən nə gəlirsə etməyə çalışırıq. “Maynts”ın büdcəsi bizimkindən 8 dəfə çoxdur”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30