18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Roman Qriqorçuk: “Ən yaxşı oyunumuzu göstərməliyik”

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Qəbələ” - “Maynts” (Almaniya) oyunundan əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun və yarımmüdafiəçisi Asif Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis görüşlə bağlı bunları söyləyib:

“Bu görüşdə Teo Uiks və Nika Kvekveskiri oynamayacaq. Bu itkiləri saymasaq, matça tam hazırıq. Qarşılaşmada şansımız olduğunu başa düşürük. Özümüzə inanıb, bu şansdan maksimum yararlanmağa çalışacağıq. Rafael Santos çox vacib oyunlarda da iştirak edib. O, bizim üçün vacib oyunçudur. Meydana çıxmayacaq Uiks və Kvekveskirinin mövqeyində Petar Franyiçə şans verməyimiz mümkünsüzdür. Çünki o, cinah futbolçusudur. “Maynts”ı qarşılaşdığımız digər rəqiblərlə müqayisə etməzdim. “Qəbələ” çox ciddi komandadır və istənilən rəqibə qarşı oyunda şansa malikdir. Bunun üçün ən yaxşı oyunumuzu göstərməliyik. Oyunçularımızın da hər biri bütün bacarığını ortaya qoymalıdır. Belə olsa, qələbə şansımız da yaranacaq. Almaniya klubuna gəlincə, “Maynts” çox güclü komandadır. Rəqibin bizimlə görüşdə heyətdə eksperimentlər edəcəyini düşünmürəm. Fikrimcə, “Maynts” ən güclü heyətlə oynayacaq. UEFA Avropa Liqası aparıcı çempionatların komandaları üçün də az maraq kəsb etmir. Məncə, “Borussiya”nın “Qəbələ” ilə hər iki oyununu xatırlatmaq kifayətdir. Almaniya təmsilçisinin üstün cəhəti fiziki gücə malik olması, həmçinin oyunçularının sürətli və cəld hərəkət etməsidir. Uzun ötürmələrdən yararlanan “Maynts”ın futbolçuları boş mövqelər də tapmağı bacarır. Sonadək də mübarizə aparan belə rəqiblə oynamaq çətindir. Ölkə çempionatda hücum, avrokuboklarda müdafiə futboluna üstünlük verdiyimizi düşünməyin. Həmişə hücum etmək istəyirik. Lakin Avropada rəqiblərimiz çox güclü olduğundan istədiyimiz tam alınmır. Buna baxmayaraq, “Anderlext” və “Maynts” kimi komandalarla matçlarda da öz oyun fəlsəfəmizdən dönmürük. Almaniyalıları təhlil edib, oyunlarında boşluqları aşkar etməyə çalışmışıq. “Maynts”ın həmin boşluqları buraxacağına ümid edirik”.

Məmmədov da sabah keçiriləcək matç haqda fikirlərini açıqlayıb:

“Maynts”la qarşılaşma çox çətin keçəcək. Rəqib güclü komandadır və Bundesliqada da yaxşı çıxış edir. Bu matçda var gücümüzlə mübarizə aparacağıq. Meydana 3 xal üçün çıxacağıq. “Qəbələ”dəki son matçlarımın alındığını deyə bilərəm. Baş məşqçimizin şans verməsi özünəinamımı da artırır. Lakin hələ öz oyunumdan tam razı deyiləm və daha yaxşı çıxış edə bilərəm”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30