29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Bakıdakı turnirin qalibləri mükafatlandırıldı

Məlumat verdiyimiz kimi, 17-22.06 tarixlərində Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II “İBA Cup” U-14 yeniyetmələr arasında beynəlxalq futbol turniri keçirildi. Futbolxeber.az-ın məlumatına görə, "Beşiktaş" -"Vilyarreal" final qarşılaşmasından sonra turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə maraqlı və gözəl oyun nümayiş etdirdiklərinə görə yarış iştirakçılarına minnətdarlığını bildirdi və yeniyetmə futbolçulara uğurlar arzuladı.

AFFA-nın baş katibi Elxan Məmmədov turnirin ənənəvi xarakter almasını alqışladı və belə yarışların keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Sonra Azərbaycanın tanınmış futbol veteranları və "İnter" Peşəkar İdman Klubunun vitse-prezidenti Müzəffər Novruzəliyev turnir iştirakçılarına medal və diplomları təqdim etdilər.

 Xatırladaq ki, turnirin qalibi Türkiyənin "Beşiktaş" komandası oldu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31