20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Quliyev və Sultanovun “Neftçi” üzərində qələbəsi

Topaz Premyer Liqasının VI turunda “Neftçi” “Əlincə arena”da “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, “Neftçi”nin ardıcıl 5-ci məğlubiyyətini “Sumqayıt” rəhbərliyi üçün prinsipial hesab etmək olar.

Belə ki, bir müddət əvvəl “Neftçi”nin düşdüyü bərbad vəziyyətdən çıxarılması üçün müxtəlif variantlar irəli sürülmüşdü. Onlardan biri də “Sumqayıt”ın prezidenti Kamran Quliyev və baş menecer Ceyhun Sultanovun “Neftçi”yə gəlişi idi. Lakin yekunda “Neftçi”yə Quliyev və Sultanov deyil, başqalarının təyinatı reallaşdı. “Sumqayıt”ın dünənki qələbəsi isə bir növ həmin təyinatı reallaşdıran şəxslərə mesaj idi. “Sumqayıt”ın bu qələbəsi bir daha “Neftçi”nin yaxın gələcəkdə özünə gəlməyəcəyinə işarədir. Klub rəhbərliyində futbolu bilən adamlar yer almayınca, uğursuzluq davam edəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30