29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter”də 3 yubiley

Topaz Premyer Liqasının VI turunun AZAL-la oyunu Bakının “İnter” klubu üçün yubileylərlə zəngin olub. Futbolxeber.az saytının məlumatına görə, səfərdə oynayan paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, ölkə çempionatları tarixində 100-cü səfər qələbəsini qazanıb. “İnter” rəqib meydanlarında ən azı bu qədər matçda qalib gələn 3-cü komanda olub. Bunadək yalnız “Neftçi” və “Qarabağ” “100”ü arxada qoyub. Sonuncular 144, “ağ-qaralar” rekord sayda - 172 dəfə səfərdən 3 xalla dönüb. “İnter” buna 233-cü səfər matçında nail olub. Bakılıların rəqib meydanlarında 59 heç-heçəsi və 74 məğlubiyyəti var.

Bu qarşılaşma matçda hesabı açan Nizami Hacıyev üçün də əlamətdar olub. “İnter”in yarımmüdafiəçisi Premyer Liqada özünün 25-ci qolunu vurub. O, buna 229-cu matçında nail olub. Bu qollardan 20-ni “İnter”də qeyd edən orta sahə oyunçusu paytaxt klubunun heyətində də yubiley sevincini yaşayıb. Nizami komandasındakı 115-ci görüşdə 20-ci dəfə fərqlənib.

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31