19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bezotosnıdan yeni rekord

Topaz Premyer Liqasının VI turunda “Qəbələ” səfərdə “Zirə”nin qonağı olub. 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümün 6-cı oyununda da qapısını toxunulmaz saxlayıb. Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” “Kəpəz” (2:0), “İnter” (0:0), “Neftçi” (8:0), AZAL (3:0) və “Sumqayıt”la görüşlərdə də qol buraxmamışdı. 6 matçda rəqib qapılarına 17 top vuran “Qəbələ” tarixinin ən uğurlu startına imza atıb. “Qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı isə öz rekordunu yeniləyib. Ötən mövsümün son iki matçında - AZAL (2:0) və “Kəpəz”lə (1:0) görüşlərdə də qol buraxmayan komandamızın qolkiperi ardıcıl “quru” oyunlarının sayını 8-ə çatdırıb. Bu, klub tarixində 2-ci belə seriyadır. 2010-cu ilin sonunda “Qəbələ” ardıcıl 10 matçda qol buraxmamışdı.

Bezotosnı isə sonuncu dəfə mayın 11-də “Qarabağ”la qarşılaşmanın 32-ci dəqiqəsində qol buraxıb. Həmin vaxtdan sonra qapısını 778 dəqiqə toxunulmaz saxlayan Dmitri ötən mövsümkü nəticəsini geridə qoyub. Həmin vaxt ukraynalı əlcək sahibi 727 dəqiqə qol buraxmamışdı. Bu dəfəki seriya Bezotosnıya İFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərəfindən tərtib olunan və ən azı 660 dəqiqə qol buraxmayan qapıçıların siyahısına 2-ci dəfə düşmək imkanı verib. Lakin Bezotosnı “Qəbələ”nin tarixinin rekordunu yeniləmək üçün növbəti matçları gözləməlidir. Azərbaycan çempionatları tarixində 9-cu olan Dmitri bu siyahıda 5-ci olan Pavel Doroşevdən 174 dəqiqə geri qalır. “Qəbələ”nin rekordçusu 2010-cu ildə 952 dəqiqəlik seriyaya imza atmışdı.

“Qəbələ” startda 6 oyun qol buraxmayan 3-cü komanda olub. 1998/99 mövsümündə “Dinamo”, 2010/11 mövsümündə “Xəzər Lənkəran” bunu bacarıb. Startda ən uzun qol buraxmamaq seriyası da cənublulara məxsusdur. Bakılılar 7-ci oyununda qol buraxıbsa, Lənkəran klubu yalnız 8-ci matçında qapısında qol görüb. “Qəbələ” növbəti turda qol buraxmasa, “Xəzər Lənkəran”a məxsus rekordu təkrarlayacaq.

“Zirə” ilə qarşılaşma Teo Uiksin dublu ilə də əlamətdar olub. Ölkə çempionatlarında qol hesabını açan liberiyalı “Qəbələ”nin tarixində 41-ci dublun müəllifi olub. O, bunu bacaran 28-ci futbolçudur.

Bunadək keçirdiyi son 3 oyunda da qalib gələn “Qəbələ” mövsümün rekorduna da şərik olub. “Qırmızı-qaralar” cari mövsümdə ardıcıl 4 matçda 3 xal qazanan 2-ci komanda olub.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30