25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Teo Uiks: “Qəbələ”yə qol vurmaq çətindir”

“Çempion olmaq üçün hər oyunda qalib gəlməliyik. Mövsümə uğurla start vermişik. Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin üzvü Teo Uiks “Zirə” ilə oyundan (2:0) sonra deyib.

Afrikalı futbolçu komandasının ilk 6 turda qapısını toxunulmaz saxlamasına belə münasibət bildirib: “Bizə qol vura bilmirlərsə, deməli, müdafiə xəttimiz güclüdür. Arxa xətdə komandamız sıx, inamlı çıxış edir. Bu da rəqiblərin işini çətinləşdirir. “Qəbələ”yə qol vurmaq çətindir”.

Uiks Topaz Premyer Liqasının növbəti turunda “Qarabağ”a qarş keçirəcəkləri görüşdən də söz açıb: “Qarabağ” yüksək səviyyəli, çox yaxşı komandadır. Həmin matçda müdafiədə diqqətli olmalıyıq. Əks halda qapımızda qol görə bilərik. “Qarabağ”ın oyununa bələdəm”.

Avroliqanın qrup mərhələsində “Qəbələ” II turda “Maynts”ı qəbul edəcək. Cəza səbəbindən Uiks həmin matçda forma geyməyəcək: “Çox üzgünəm. Komandam oynayacaq, mən isə tribunadan baxacağam. Meydana çıxmaq istəyirəm. "Anderlext"lə görüşə televiziyadan baxdım. Ürəyim komandanın yanında idi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30