29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Adil Şükürov: “Keçmişi unudub, yeni tarix yazmaq lazımdır”

Topaz Premyer Liqasının VI turunda “Zirə” öz meydanında “Qəbələ”yə 0:2 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Adil Şükürov əvvəlcə oyun barədə fikirlərini açıqlayıb.

- Hər iki komandanın ifasında maraqlı oyuna şahidlik etdik. Sürətli oyun alındı. Qol şansları kifayət qədər idi. Futbol səhvlər oyunudur. Kim daha az səhv edirsə, o da qalib gəlir. “Qəbələ” bu gün qol epizodlarından daha yaxşı faydalandı və qələbə qazandı. Komandamızın bugünkü oyunununu qənaətbəxş hesab etmək olar. Bu oyunu unudub, növbəti görüşlərə hazırlaşmalıyıq.

- “Zirə” ardıcıl üçüncü oyundur ki, 0:2 hesabı ilə uduzur...

- Komanda çalışlr, qol vurmaq istəyir. Bəzən elə olur ki top qapıya getmək istəmir. İnanıram ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik.

- Demək olar ki, “Zirə”də əsas problem hücum və yarımmüdafiə arasında anlaşmanın istənilən səviyyədə olmamasıdır?

- Rəqibin cərimə meydançasına qədər irəliləyirik. Lakin son ötürməni vermək, qol vurmaü mümkün olmur.

- Sabiq futbolçularınız Tato və İvanoviç üçün darıxırsınz?

- Keçənilki uğurumuz bir tarixdir. Artıq keçmişi unudub, yeni tarix yazmaq lazımdır.

- İndidən qış fasiləsi ilə bağlı planlarınızı cızmısınız?

- Heyətə yeni futbolçuların cəlb olunması labüddür. Bugünkü gündə əlimizdə olanlara güvənirik. Onları yüksək keyfiyyətlərinə görə seçmişik. İnanırıq ki, növbəti görüşlərdə futbolçularımız özlərini yaxşı tərəfdən göstərəcəklər.

- 6 oyuna 2 qələbə və 4 məğlubiyyət. Əvvəldən bu nəticəni gözləyirdiniz?

- Bizim üçün hər rəqib 3 xallıq rəqibdir. Görsənən odur ki “Qarabağ” və “Qəbələ”yə hazırda gücümüz yetməz. Amma bugünkü gündə. İnanıram ki, gələcək turlarda uğursuzluğa son qoyacağıq.

- Hazırda “Zirə”də uğur qazanmaq üçün nə çatışmır?

- Yayda heyətdə çox dəyişikliklər oldu. Yeni gələnlərin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Ötən mövsüm də birinci dövrədə 12 xal yığmışdıq.  

- Bu nəticələrə görə klub rəhbərliyi sizə təzyiq göstərmir?

- Xeyr. Klubumuzun rəhbərliyində futbolu bilən adamlar yer alıb. Onlar da vəziyyəti anlaşıyla qarşılayırlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31