19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Layiq olduğumuz xalı qazandıq”

Komandamızı təbrik edirəm. Bu gün çox gözəl oyun nümayiş etdirdik”. Futbolxeber.az saytının Gəncəyə ezam olunmuş əməkdaşına açıqlamasında bu sözləri “Kəpəz”in müdafiəçisi Renan da Silva Alves deyib.

Mərkəz müdafiəçisi “Qarabağ”la matçda 1 xala layiq olduqlarını qeyd edib: “Qarabağ”ın güclü olduğu hər kəsə məlumdur. Belə bir rəqibə qarşı gözəl çıxış etdik. Sona qədər döyüşdük və layiq olduğumuz 1 xalı qazandıq”.

Braziliyalı futbolçu növbəti turda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Neftçi” hazırda yaxşı çıxış etmir. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Rəqib də hazırkı vəziyyətini dəyişmək istəyir. Ona görə onlar da qələbəyə oynayacaqlar. Bizim məqsədimiz “Neftçi”ni məğlub etməkdir. Bunun üçün çox çalışmalıyıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30