29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Rəqib kimi “Qarabağ”ın adı bəs edir”

Bu gün Gəncədə keçirilən son məşqlə “Kəpəz” doğma meydanda “Qarabağ”la qarşılaşacağı matçın hazırlığını tamamlayıb. Futbolxeber.az saytının məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini kapazpfc.az saytı ilə bölüşüb: “Rəqib kimi “Qarabağ”ın adı bəs edir. Ağdam klubu çempionatımızın ən güclü komandasıdır. Nəinki Premyer Liqada, Avropada göstərdiyi oyun ortadadır. Yüksək səviyyəli futbolçuların birliyindən yaranan komandadır. Onlara qarşı oyun ona görə bizim üçün çox çətin olacaq. “Qarabağ” oyunu daha çox hücumda keçirir, amma bu o demək deyil ki, biz müdafiədə oturacağıq. Əlimizə fürsət düşdükcə hücum etməliyik. Təkcə müdafiədə oturmaqla uğur qazanmaq olmur. Düşünürəm ki, azarkeşlər futbolun hər bir komponentini özündə birləşdirən maraqlı oyun görəcəklər”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31