19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Ədalətsizlik aradan qalxmasa, gələn mövsüm çempionatımızda 5 klub olacaq”

“BAKI”, “XƏZƏR LƏNKƏRAN” KİMİ KLUBLARIMIZ ARTIQ YOXDUR. BU, AZƏRBAYCAN ÜÇÜN FACİƏDİR”

“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin Futbolxeber.az saytına müsahibə verib.

- Topaz Premyer Liqasının altıncı turunda AZAL-ı məğlub etdiniz. 3:1 hesablı qələbəni necə şərh edərdin?

- Meydana qələbə əhval ruhiyyəsi ilə çıxmışdıq. Ötən tur “Neftçi” üzərində çətin qələbə qazandıq. Bilirdik ki, AZAL-la görüşümüz də asan olmayacaq. Buna hazır idik. Mühüm qələbə qazandıq. Bu münasibətlə bütün “İnter”sevərləri təbrik edirəm. AZAL-a da qarşıdakı oyunlarda uğurlar arzulayıram.

- Son zamanlar belə fikirlər səslənir ki, cari mövsümdə “İnter”in müdafiə və hücum xətti daha güclüdür, nəinki yarımmüdafiə. Bu fikirlə razısan?

- Razı deyiləm. Hər mövqedə yaxşı oyunçularımız var. Bu gün “İnter”in orta xəttində Fuad Bayramov, Ruslan Abışov, Elnur Abdullayev, Mirhüseyn Seyidov kimi futbolçular var. Kim bu fikri deyirsə, razı deyiləm. Ümumi götürsək, “İnter” cari mövsüm tarixində ən yaxşı heyəti qurub. Çempionluğa oynayırıq. Məqsədimiz ilk “üçlük”dür. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Hazırda yaxşı formada olan Nizami Hacıyev niyə yığmaya çağırılmır?

- Qəliz məsələdir. Milliyə yaxınlaşarkən zədə aldım. Həddindən artıq çox çalışıram. Əlimdən gələni edirəm ki, milliyə dəvət alım. Amma bunun üçün ilk növbədə “İnter”də oynamalıyam. Futbolçu oynamayandan sonra dili də qısa olur. Bu gün millidə oynamağa hazır deyiləm. 3-4 turdan sonra özümü hazır hiss eləsəm, müəyyən adamlara suallarım olacaq. Soruşacağm ki, niyə milliyə dəvət almıram? Hazırda 1 ay oynamamışam. “Sumqayıt”la matçda meydana qayıtdım. “Neftçi”yə qarşı da oynadım. İlk növbədə “İnter”də əsas heyətdə yerimi qaytarmağa çalışıram. Əvvəl klubdakı, sonra isə millidəki baş məşqçiyə sübut etməliyəm ki oynamağa hazıram

- Amma milliyə çağırılanlar arasında klubunda oynamayanlar da var. Düşünmürsən ki, kimsə sənin haqqıvı yeyir?

- Hərdənbir elə fikirlər olur. Həqiqətən də millidə elə oyunçular var ki, klubunda əsas heyətdə forma geymir. Ədalətsizlik aradan qalxmalıdır. Əks halda növbəti mövsümdə çempionatda 5 komanda olacaq. Düzgünlük olmasa, bu futbol heç kimə lazım olmayacaq. Götürək AZAL-ı. Komandada hər şey var, amma maaş almırlar, çətinlikləri var. Futbolçu əziyyət şəkir. Bilmir ailəsini düşünsün, ya futbolu. Belə psixoloji gərginlikdə futbol oynamaq çətindir. “Bakı”, “Xəzər Lənkəran” kimi klublarımız artıq yoxdur. Bu, Azərbaycan üçün faciədir. Klublara qayğı göstərilməlidir. Futbolumuzda inkişaf getməsə, gələcək yoxdur. Bu, dəqiqdir. Hazırda oynayan da yığmaya dəvət alır, oynamayan da. Bu isə yolverilməzdir. Kiminsə haqqına girmək istəmirəm. Dediyim kimi, tam hazır olandan sonra suallarım olacaq. Niyə belədir?

- Hazırda öz oyunundan razısan?

- 1 aydan sonra bu gün ilk dəfə əsas heyətdə yer aldım. Oyunumu təhlil edəcəyəm. Baş məşqçimiz də təhlillərini aparacaq. Birgə müakirəmiz olacaq.

- Tam formaya düşmək üçün nə qədər zamana ehtiyacın var?

- 3 tur. Ondan sonra tam formaya düşəcəyəm.

- Növbəti turda “İnter” “Zirə” ilə qarşılaşacaq...

- Qarşıdakı tur bizi “Zirə” ilə ağır oyun gözləyir. Matçın çətin keçəcəyi dəqiqdir. Lakin yenə də maksimum nəticə qazanmağa çalışacağıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30