26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

6 ildən sonra...

“Qəbələ” Topaz Premyer Liqasının 2016/17 mövsümünün startdakı 5 oyununda qol buraxmayan yeganə komandadır. Futbolxeber.az saytının məlumatına görə, III turdan təxirə salınan “Sumqayıt”la oyununda 2:0 hesabı ilə qələbə qazanan “qırmızı-qaralar” son 6 mövsümdə belə starta imza atan ilk klub olub. Belə ki, ölkə çempionatları tarixində startdakı 5 matçda qol buraxmayan sonuncu komandaya 2010/11 mövsümündə təsadüf olunmuşdu. 6 il əvvəl bunu gerçəkləşdirən “Xəzər Lənkəran” idi. Ümumiyyətlə, “Qəbələ” ölkə çempionatlarının 24 illik tarixində 6-cı belə seriyanın müəllifi oldu ki, ilk 5 matçda qol buraxılmasın. Bunu ilk reallaşdıran “İnşaatçı” olubsa, “Xəzər Lənkəran” 2 dəfə bacaran yeganə komandadır. Lakin “Qəbələ” qol buraxmadan start götürən komandalar arasında ən məhsuldarı olub - 15 top.

1993/94. “İnşaatçı” B - 2 qələbə, 3 heç-heçə, top fərqi - 2:0

1995/96. “Xəzri” - 5 qələbə, top fərqi - 7:0

1998/99. “Dinamo” - 4 qələbə, 1 heç-heçə - 8:0

2007/08. “Xəzər Lənkəran” - 5 qələbə, top fərqi - 12:0

2010/11. “Xəzər Lənkəran” - 4 qələbə, 1 heç-heçə, top fərqi - 7:0

2016/17. “Qəbələ” - 4 qələbə, 1 heç-heçə, top fərqi - 15:0

Xatırladaq ki, ötən mövsümün son iki oyununda da qol buraxmayan “Qəbələ”nin seriyası ümumilikdə 7 matçı əhatə edir. Komandanın qapıçısı Dmitri Bezotosnı isə 688 dəqiqəlik “quru” seriya ilə “660” səddini adlayan qolkiperlərdən təşkil olunan İFFHS-in cədvəlinə layıq nəticə göstərib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30