29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Abışov: “İddialıyıq, çempionluq uğrunda oynayacağıq”

“İnter”in aparıcı üzvü Ruslan Abışov AZAL-la oyundan (3:1) sonra Futbolxeber.az saytına müsahibə verib.

- “İnter” AZAL-ı çətinliklə məğlub etdi. Görüş barədə nə deyə bilərsən?

- Çətin qələbə qazandıq. Meydançanın durumu bərbad idi. Bu halda futbolçu gözəl oyunla yanaşı, özünü zədədən qorumaq barədə də düşünür. Şadam ki, bu gün qələbə qazandıq. AZAL son oyunlarda uduzsa da, evdə yaxşı təsir bağışlayır. Ümumiyyətlə, bu komanda zəif deyil. Məncə heç bir rəqib AZAL-ın meydanında asan qələbə qazanmayacaq. Biz isə artıq bu görüşü unutmalıyıq. Qardaşı “Zirə” ilə oyun var. Həmin görüşdə də uğurlu nəticə qazanmaqla fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirik.

- Demək olar ki, Ruslan Abışov artıq əvvəlki formasını bərpa edib?

- 1 ay oynamadım. Zədədən sonra müəyyən çətinliklər olsa da, hazırda özümü yaxşı hiss edirəm. Əsas odur ki, futbolçu məşqçinin inamını hiss etsin. Bu baxımdan problem yoxdur. Baş məşqçimiz, klub prezidentimiz, kollektivimiz çox yaxşıdır.

- “İnter” ən azı 1 günlük lider oldu. Cəmi 5 tur geridə qalsa da, ilk “üçlük”lə digər 5 komanda arasında artıq müəyyən xal fərqi yaranıb. Belə çıxır ki, ilk “üçlük” artıq məlumdur?

- İddialıyıq, çempionluq uğrunda oynayacağıq. Əsas rəqiblərimiz “Qarabağ” və “Qəbələ”dir. İstərdim ki, çempionluq uğrunda digər komandalar da mübarizə aparsın. Rəqabət nə qədər çox olsa, bir o qədər yaxşıdır. Qarşıda oyunlar çoxdur. Əsas odur ki, biz mübarizəmizi sona qədər davam etdirək.

- Ötən mövsüm ciddi problemlər yaşayan “İnter”in hazırda iddialılar arasında olmasının sirri nədədir?

- Göz dəyməsin, yaxşı kollektivimiz var. Yaxşı kollektiv olan yerdə isə hər şey mümkündür. Futbolda bu, əsas amillərdən biridir.

- Sizdən fərqli olaraq çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Qəbələ” hazırda Avroliqanın qrup mərhələsində oynayır. Bu amil “İnter”in xeyrinədir?

- Bəli, bizim üçün bu, müəyyən qədər üstünlükdür. “Qarabağ” və “Qəbələ” haqda çox düşünməməliyik. Əsas odur ki, öz oyunlarımızdan maksimum xal yığaq. Bu halda ən azı Avroliqaya düşə bilərik.

- Oktyabrda millinin 2 oyunu olacaq. Norveç və Çexiya ilə matçlardan nə gözləmək olar?

- Çalışacağıq evdə qələbə qazanaq. Çexiyadan 1 xalla qayıtmaq yaxşı nəticə hesab olunacaq.

- Nəzərə almaq lazımdır ki, son zamanlar çexlərlə oyunlarda bəxtimiz gətirmir...

- Çexiya futbolu alman tərzinə yaxındır. Lakin bu, bir oyun olacaq və səfərdən xalla qayıtmağımız mümkündür

- Millimiz seçmə mərhələyə qələbə ilə başlasa da, tənqid olundu. Çünki zəif rəqib San Marino üzərində çətin qələbə qazandıq...

- Əsas olan qələbə idi. Nəzərə almaq lazımdır ki, başlanğıc çətin olur. İnanırıq ki, qarşıdakı görüşlərdə hər kəsi sevindirəcəyik.

- “İnter”dəki komanda yoldaşın Rauf Əliyevin milliyə çağırılmamasına münasibətin necədir?

- Son zamanlar Rauf çox istəklidir. Bunu məşqlərdə görürük. Son 2 oyunda 3 qol vurub. İnanıram ki, milliyə dəvət alacaq. Bu baş verərsə, əvvəl olduğu kimi yenə də milliyə kömək etmək üçün əlindən gələni əsirgəməyəcək.

- Özünü millidə hansı mövqedə görürsən?

- Artıq klubda mütəmadi olaraq dayaq yarımmüdafiəçisi kimi çıxış edirəm. Özüm də bu mövqedə oynamaq istəyirəm.

- Lakin nəzərə almaq lazımdır ki, millidə dayaq yarımmüdafiəçisi mövqeyində güclü rəqabət var. Müdafiənin mərkəzində isə hazırda problem mövcuddur. Çünki Bədavi Hüseynov zədədən əziyyət çəkir.

- Prosineçki özü də klubdakı oyunlarımızı izləyir. Məni də məhz bu mövqedə görür. Rəqabətin olması problem deyil. Millidə əsasə heyətdə oynayanlar klubda özlərini yaxşı tərəfdən göstərənlərdir. Hər şeyin öz vaxtı var. Əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31