28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Oyunun başlama vaxtını təyin edəndə hava şəraiti nəzərə alınmalıdır”

Topaz Premyer Liqasında III turdan təxirə salınmış oyunda “Qəbələ” “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdi. Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib.

- Qarşılaşmadan öncə qapının yanında düşüncəli görünürdüz. Həmin anda nə barədə düşünürdüz?

- Hər şeyi beynimdə fırladırdım. Həmişə belə edirəm. Həm öz futbolçularımı, həm rəqibi izləyirdim. Bunu etməyi sevirəm.

- İlk “11-lik”də müəyyən eksperiment etmişdiniz. Lakin komanda qol vura bilməyincə aparıcı oyunçuları meydana buraxdınız...

- Birinci hissədə strateji cəhətdən düzgün oynamadıq. Rəqib böyük qüvvəylə müdafiə olunduqda, daha sürətli və cəsarətli oynamalıydıq. Biz isə daha çox topu nəzarətdə saxlayırdıq. Fasilədə bunu uşaqlara başa saldım. Söhbət əvəzetmədən oyuna daxil olanlardan getmir. Bütün komandadan danışıram. Sevindiricidir ki, gənclər ikinci yarıda onlardan istədiyimi verdilər.

- Qarşıda daha bir çempionat oyunu, ardınca “Maynts”la görüş gəlir. Ardıcıl meydana çıxmaq çətindir?

- Əlbəttə, ağırdır. Amma heç vaxt bundan şikayətlənməyəcəm. Avroliqada oynayan komandanın belə qrafikdən şikayətlənmək ixtiyarı yoxdur.

- Hazırda Rəşad Sadıqov və Bədavi Hüseynovdan başqa futbolumuzda aparıcı mərkəz müdafiəçisi yoxdur. Bu gün Murad Musayevə şans verdiniz. O, gələcəkdə yığmamıza fayda verə bilər?

- Azərbaycan yığmasında peşəkar mütəxəssislər çalışır. Onlara məsləhət vermək niyyətim yoxdur. Murada gəldikdə o, bu gün meydanda xeyli iş gördü. O, üzərində çalışır.

- “Qəbələ” bu gün qələbə qazanmaqla lider oldu. Bu məqam oyundan əvvəl futbolçularda psixoloji təzyiq yaratmışdı?

- Oyundan əvvəl futbolçulara bu barədə danışdıq. Çempionat yeni başlayıb. Ancaq istənilən halda, bu, xoş duyğudur.

- “Sumqayıt”ın baş məşqçisi ilk qolun ofsayddan vurulduğunu iddia edib, ədalətsiz məğlubiyyətlə üzləşdiklərini deyəcək. Nəzərə alsaq ki, ötən mövsüm analoji hallarla kifayət qədər üzləşmisiniz, Samir Abasova yazığınız gəlmir?

- Ötən mövsüm biz də 15-18 xaldan məhrum olduq. Ancaq bizə yazığı gələn olmadı. Dayandığım yerdən ofsaydın olub-olmadığını görə bilməzdim. Yəni, bu sualı şərh edə bilmirəm.  

- Oyundan sonra futbolçularınız istidən şikayətləndilər. Olmazdı ki, oyun 17:00-da deyil, daha gec başlayaydı?

- Haqlısız. Oyunun başlama vaxtını təyin edəndə hava şəraiti nəzərə alınmalıdır. Gələcəkdə bu məsələdə daha diqqətli olmaq lazımdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31