25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Samir Abasov: “Hakim bizim autu tez atmağımızda niyə maraqlıdır ki?”

“Oyunun bu cür alınacağını bilirdik. Əks-hücumlara üstünlük verirdik. Birinci hissədə hava şəraiti problem yaradırdı. İkinci hissədə qol vurmaq üçün kifayət qədər şansımız oldu. Amma sonuncu ötürmə çatmadı”. Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Topaz Premyer Liqasında III turdan təxirə salınmış oyunda “Sumqayıt” səfərdə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.

“Sumqayıt”ın çalışdırıcısı həmkarı barədə bunları söyləyib: “Əsəblər aşıb, daşır. Heç bir narazılığım yoxdur. Qriqorçuk da mənim kimi məşqçidir. O söyüş söyə bilər, mən yox? 30 nəfər kimlərəsə nəhlət oxuyursa, bir gün həmin adamlar bunun cavabını verəcəklər. Birinci qol ofsaytdan vurulmuşdu. Mən özüm də əsəbləşdim. Eyni epizodda bizim qapımıza cərimə zərbəsi təyin edirlər. Aut atan futbolçumuzu tələsdirir. Hakim bizim autu tez atmağımızda niyə maraqlıdır ki? Əsbləşdim, tribunaya göndərildim. Buna görə peşman deyiləm. “Qəbələ”ni udmaq istəyirdik. Hətta heç-heçəyə də məyus olacağdıq. Mənə məsləhət verən adam Qriqorçuk olmalı deyil”.

Samir Abasov heyətə bağlı problemlərə görə klub rəhbərliyindən narazılığını bildirib: “Çempionata bir sağ cinah müdafiəçii ilə başlayırıqsa, üstümüzə gəlməyə dəyməz. Bunun günahkarı kimdir? Bu sualı klub rəhbərliyinə verin. Mənə məsləhət verən adam Qriqorçuk olmalı deyil. Onun oyunçularına nələr dediyini hamı eşidir. Ofsaytdan qol vurulanda necə təmkinli olum? “Qəbələ”nin öz işçiləri dedi ki, qol ofsaytdan vurulub”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30