19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Dinamo” yaratdığı üç qol epizodundan ikisindən faydalandı”

“Bilirdik ki, “Dinamo” atletik futbolçulardan təşkil olunub. Bunun qarşısını almağa çalışdıq. Rəqib qapımız qarşısında standart vəziyyətlərdən təhlükə yaradırdı”. Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Hüseynqulu Quliyev deyib.

“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda ilk oyununda Moskva “Dinamo”suna 0:2 hesabı ilə uduzub.

Matçdan sonra keçirilən mətbuat konfransında Quliyev məğlubiyyətin səbəbini belə izah edib: “Dinamo” hava toplarında güclüdür. Çalışdıq bunun qarşısını alaq. Rəqib yaratdığı 3 qol epizodundan ikisindən faydalandı. Bir qolu da cərimə zərbəsindən buraxdıq”.

“Qəbələ”nin çalışdırıcısı təkcə müdafiədə deyil, hücumda da səhv etdiklərini qeyd edib: “Elə epizodlar oldu ki, futbolçularımız ara pasları ilə komanda yoldaşlarını zərbə mövqeyinə çıxara bilərdilər. Bizim tapşırığımız başqa idi. Amma onlar həmin vəziyyətdə elə qərar verirdilər. Digərləri kimi Elvin Dəmirovun da səhvləri var idi. Amma buna görə oyunçunu kəsib atmaq olmaz. Hər oyunçu səhv edir. Sadəcə, müdafiəçinin səhvi tez gözə çarpır. Hücumçu səhv edəndə, bu, elə də gözə dəymir. Bu görüş böyük ajiotaj yaratmışdı. Bütün Azərbaycan bu matçı gözləyirdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30