20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ”la “Qəbələ” dünyanın ən yaxşıları arasında

Dünya ölkələrinin milli çempionatlarında davam edən ən uzun seriyaların siyahısı açıqlanıb. Futbolxeber.az saytının məlumatına görə, fərqlənənlər sırasında Azərbaycan klubları da yer alıb.

Belə ki, son dövrlərdəki çıxışları ilə özlərindən söz etdirən “Qarabağ” və “Qəbələ” hazırkı seriyaları ilə də ən planetin yaxşılar arasındadı.

Son 3 mövsümün çempionu və hazırda Topaz Premyer Liqasının lideri olan “Qarabağ” ardıcıl 11-ci ev qələbəsini qazanıb. Öz meydanında xal itirməyən ağdamlılar 8-ci pillədə qərarlaşıb. Öz meydanında ən uzun qələb seriyası isə “Olimpiakos” (26) və “Yuventus”a (18) məxsusdu.

Ağdamlılar həm də evdə qol buraxmaması ilə diqqət çəkir. Ardıcıl 7 dəfə qapısını toxunulmaz saxlayan Qurban Qurbanovun yetirmələri ümumi siyahıda 4-cü, yüksək liqa klubları arasında 1-ci yerə şərikdi. Əyalət klubu “Vit-Corciya” ilə eyni göstəriciyə malikdi.

“Qəbələ” isə evdə deyil, ümumilikdə qol buraxmamaqda liderliyin şəriklərindəndi. Artıq 6 matçdı qapısını toxunulmaz saxlayan komanda zirvəni “Şerif”lə bölüşür (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30