20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Prosineçki: “Bilmirəm “Neftçi”ni bu vəziyyətdən kim çıxara bilər”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki "Qarabağ" - "Zirə" oyununun fasiləsində brifinq keçirib. Futbolxeber.az saytının əməkdaşının da sualını cavablandıran xorvat mütəxəssisin müsahibəsini təqdim edirik:

- Qarşıdan millimizin 2 oyunu gəlir. Yığmamız oktyabrda Norveç və Çexiya ilə qarşılaşacaq. Bu görüşlər üçün planlar artıq müəyyənləşib?

- Oktyabrın 3-dən toplanışa başlayacağıq. Hazırlığa daha tez start vermək imkanımız yoxdur. Çünki oktyabrın 2-də “Qarabağ” və “Qəbələ”nin oyunları var. Pavel Paşayev, Dmitri Nazarov yığmaya sonradan qoşulacaqlar.

- Rauf Əliyev, Vaqif Cavadov, Ağabala Ramazanov son turlar özlərini yaxşı tərəfdən göstərirlər. Onların qarşıdakı toplanışa dəvət almaları mümkündür?

- Heyəti tam olaraq müəyyənləşdirməmişəm. Düzdür, kimlərə dəvət göndərəcəyimi böyük ölçüdə bilirəm. Yeni oyunçuların çağırılması da mümkündür. Amma əvvəldən dəqiq nəsə demək olmur. Ötən toplanışda Ruslan Abışov, Bədavi Hüseynova dəvət göndərsək də, sonradan zədələndilər. Rauf Əliyev bu günə kimi qol vurmamışdı. Yalnız “Neftçi” ilə oyunda fərqləndi. Hələ ki o, istədiyim formada deyil.

- Millidə köməkçiniz olan Elxan Abdullayevin “Neftçi”nin baş məşqçisi təyin olunmasını necə qarşıladınız?

- Bilmirəm “Neftçi”ni bu vəziyyətdən kim çıxara bilər. Komanda ard-arda uduzur. Tək məşqçi gətirməklə dəyişiklik gözləmək olar. Elxan Abdullayevin işi çətin olacaq. İlk növbədə vaxt lazımdır. Eləcə də keyfiyyətli oyunçulara ehtiyac var. Düzdür, dünən “İnter”lə oyunda “Neftçi”də müəyyən dəyişikliklər gördüm. Hər halda, komanda əvvəlki kimi 0:8, 0:3 hesabı ilə uduzmadı.

- Elxan Abdullayevin “Neftçi”dəki uğursuzluğu onun millidəki fəaliyyətinə təsir göstərə bilər?

- “Neftçi” hazırda nə fiziki, nə də taktik cəhətdən hazırdır. Komandanın gücə ehtiyacı var. Bunu özünüz də komandanın oyunlarında görürsüz.

- Belə çıxır ki, “Neftçi”dən heç kim milliyə dəvət edilməyəcək?

- “Neftçi”nin oyunçuları yerə yıxılırlar. Futbolçuların mübarizəyə gücü çatmır.

- Bir müddət əvvəl sizdən “Den Boş”da oynayan Ziya Əzizov barədə soruşduq və onu tanımadığınızı dediniz. Ancaq bu futbolçu artıq U-19-a dəvət alıb...

- O, ehtiyat oyunçudur. Ziya barədə mənə məlumat verilməyib.

- Deniz Yılmaz qarşıdakı oyunlar üçün milliyə çağırılacaq?

- Daha əvvəl də demişəm, Deniz hazırda zədəlidir, meydana çıxmır. Digər tərəfdən də AFFA məndən qabaq onunla danışılar aparırdı. O, səviyyəli futbolçudur. Türkiyənin 5-ci ən güclü komandasında çıxış edir. Superliqanın səviyyəsi hamıya məlumdur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30