19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tərlan Əhmədov AZAL-dan gedə bilər: “Özümə zülm edəsi deyiləm”

"Deməyə söz tapmıram. İlk turda normal oynayan komandanın indi belə futbol sərgiləməsi məni qayğılandırır. Ayın 24-nə kimi vaxt vermişəm. Ola bilər ki, komandanı tərk edim. Özümə zülm edəsi deyiləm. Heç kim də deməsin ki, komandanı yarımçıq qoyub gedirəm". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premter Liqasının V turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Əhmədov qeyd edib ki, maliyyə problemlərinə görə heyəti gücləndirə bilməyiblərr: “Keçənilki heyətdən komandanın lideri Rail Məlikov və qapıçı Namaşko gedib. Murad Səttarlı da yoxdur. Onların boşluğunu doldura bilmədik. Bunun da səbəbi maliyyə problemidi. Yeni gələnlər də onları əvəz edə bilmədi. Bu büdcə ilə, belə şəraitdə nəsə etmək çox çətindi. Buna dözmək olmur. Bu gün imicdən çox gələcəyi düşünürəm. Komandanın daha aşağı getməsini istəmirəm. Mən inandığım futbolçuları komandada saxlamışam. Görünür, futbolçuların mənə inamı yoxdur. Ola bilər ki, "İnter"lə oyun mənim üçün sonuncu olacaq. Fikrimin dəyişib-dəyişməyəcəyini bilmirəm. Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq”.

Mənbə: futbol11.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30