26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Milan Baroş: “Bakıda 2 xal itirdik”

“Bu tempdə oyun keçirəcəyimi gözləmirdim. Çox şadam”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Slovan”ın təcrübəli hücumçusu Milan Baroş deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən “Qarabağ”ın qonağı olan Liberets təmsilçisi Bakıdan 1 xalla ayrılıb - 2:2.

Ölkəsinin mətbuatına açıqlama verən Baroş görüşün nəticəsini şərh edib: “Oyundankənar vəziyyətə düşməmək üçün çalışırdım. Bunun da xeyrini gördüm. Vurduğum qol epizodunda rəqib qapıçı son anda komanda yoldaşımın zərbəsini dəf etdi və mən önümə düşən topu qapıdan keçirdim. Səfərdə erkən qol vuracağımızı heç kim gözləmirdi. Düzdü, hesabı tez açmaq istəyimizi matçdan öncə də deyirdik. Biz bunu reallaşdırmaqla, Avroliqanın tarixində rekorda imza atdıq. Düşünürəm ki, bu qol bizə kömək etdi. Hesabda öndə olanda rəqibin futbolçularında gərginlik yarandı. Həmin vaxt daha yaxşı oynamaq olardı”.

Baroş Bakıdakı qarşılaşmada 2 xal itirdiklərini bildirib. O, söhbət əsnasında “Qarabağ”ı da tərifləyib: “Futbol gözəl olduğu qədər, həm də sərt oyundu. Əfsuslar olsun ki, hesabdakı üstünlüyümüzü sona kimi saxlaya bilmədik. Amma səfərdəki heç-heçə də bizim üçün yaxşı nəticədi. Onu da deyim ki, rəqib də çox yaxşı oynadı, xüsusilə birinci hissədə. Fasilədən sonra isə biz kombinasiyalı hücum futbolu göstərməyə başladıq. Bu oyunda 2 xal itirdik. Əgər belə olmasaydı, indi 3 xalımız var idi. Onda daha xoşbəxt olardıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30