29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: “Qol epizodlarını qaçırmağımız artıq adət halını alıb” (MÜSAHİBƏ)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Slovan”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir:

- “Slovan”la görüşdə vurduğunuz son dəqiqə qolu ilə “Qarabağ” meydandan 1 xalla ayrıldı. Görüş barədə nə deyə bilərsiz?

- Oyun gözlədiyimiz kimi keçdi. Rəqib bizi yaxşı analiz etmişdi. Ümumiyyətlə, “Slovan”ın oyun üslubu elədir ki, mərkəzdə yaxşı pressinq tətbiq edirlər. Rəqibə hücum etməyə imkan vermirlər. Özləri də əks-hücumlardan faydalanmağa çalışırlar. Qapımızdan erkən qol buraxdıq. Sonradan hesabı bərabərləşdirdik. İkinci hissədə baş məşqçimizin tapşırığına əsasən daha çox hücum etdik. Yenə də qapımızda gözlənilməz qol görərək məğlub duruma düşdük. Şükürlər olsun ki, sonda 1 xal qazana bildik.  

- Ardıcıl ikinci oyundur vacib qola imza atırsız. Bəlkə müafiədə yox, daha irəlidə oynayasız?

- Buna gücüm çatmaz.

- Hər halda, karyeranızın əvvəlində dayaq yarımmüdafiəçisi kimi çıxış etmisiz.

- Dediyim kimi, hazırda buna gücum çatmaz. Yoxsa ki, hər bir futbolçu irəlidə oynamağı istər. Sadəcə bunu bacarmaq lazımdır.

- 2:2 hesabını yaxşı nəticə saymaq mümkündür?

- Bunu çox yaxşı nəticə hesab edirəm. İkinci dəfə hesabda geri düşdükdən sonra hər şeyin bitdiyini düşündüm. Evdə əsas rəqiblərimizdən birinə uzudsaydıq, sonradan işimiz çətin olacaqdı. Yekunda həm biz 1 xal qazandıq, həm də rəqib 2 xal itirdi. Yaxşı qurtardıq.

- Lakin meydandan qələbə ilə ayrılmaq olardı..

- Təbii ki. Qol epizodlarını qaçırmağımız artıq adət halını alıb. Üstəlik, heç nədən də qol buraxırıq. Hər iki qolda kobud səhvimiz oldu. Rəqibin 90 dəqiqə ərzində həmin 2 epizoddan başqa fərqlənmək üçün ciddi epizodu olmadı.

- “Qarabağ”ı növbəti turda çətin “Fiorentina” səfəri gözləyir. Bu görüşdən nə gözləmək olar?

- Qrupdakı ən çətin səfər oyununa yollanacağıq. Rəqib güclü olsa da, maksimum bacarığımızı meydanda qoyacağıq. Çalışacağıq ki, vətənə yaxşı nəticə ilə qayıdaq.

- Demək olar ki, “Qarabağ” qrupdan çıxmaq üçün “Fiorentina” səfərindən xalla qayıtmalıdır?

- Biz qarşımıza tam hədəf qoymamışıq ki, mütləq qrupdan çıxmalıyıq. Elə hədəf oyunçularda psixoloji çətinlik yaradır. Məqsədimiz hər oyuna yaxşı hazırlaşıb, istənilən nəticəni qazanmaqdır.

- Növbəti ev oyununu “Dalğa Arena”da, yoxsa Respublika stadionunda keçirmək istərdiniz?

- Biz bu matçı da Respublika stadonunda keçirmək istəyirdik. Amma buna icazə vermədilər. Halbuki hazırda qazonun vəziyyəti əvvəlki ilə müqayisədə daha yaxşıdır. Növbəti oyunlarımızı Respublika stadionunda keçirmək istərdik. Ora bizim doğma arenamızdır.

- “Qarabağ”ın Çexiya klubları ilə görüşlərdə çətinlik çəkməsi nədən irəli gəlir?

- Çexiya klublarından heç vaxt xoşum gəlməyib. Çünki onlar nə özləri oynayırlar, nə də rəqibə imkan verirlər. Tərslikdən bu il əvvəl “Viktoriya” ilə, indi də “Slovan”la qarşılaşdıq. Üstəlik, millimiz də seçmə mərhələdə Çexiya yığması ilə eyni qrupda yer alıb.

- Müqayisə aparsaq, “Slovan” daha güclüdür, yoxsa “Viktorya”?

- “Slovan”ın daha güclü olduğunu deməzdim. Sadəcə bu komandaya qarşı oynamaq daha çətindir. Çünki “Viktoriya” özü də oynayır, rəqibə də imkan vermir. “Slovan”ın taktikası isə tam fərqlidir.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31