29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“AFFA prezidentinin oğlu olmağım "Səbail"ə təsir göstərməyəcək”

“Komanda bu gün yaxşı təsir bağışladı. İlk turda qələbə qazanmışdıq. Bu gün də 3 xala sevindik. İnanıram ki, komandamız növbəti turlarda da uğurlu çıxışını davam etdirəcək”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail” Futbol Klubunun Müşahidə Şurasına sədri Rəşad Abdullayev I divizionun II turunda MOİK-i 4:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

O bildirib ki, atası Rövnəq Abdullayevin AFFA prezidenti olması komandaya heç bir təsir göstərməyəcək: “AFFA prezidentinin oğlu olmağım “Səbail”ə təsir etməyəcək. Biz hər oyunumuzda güclü olduğumuzu sübut edəcəyik. Komandamızın gücü hara qədər çatırsa, ora qədər də mübarizə aparacağıq”.

Rəşad Abdullayev vurğulayıb ki, “Səbail”in hədəfləri böyükdür: “Səbail” komanda olsun deyə yaradılmayıb. Hədəflərimiz böyükdür. İlk öncə Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. Sonra da məqsədimiz daha böyük uğurlar əldə etməkdir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31