19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ"ni qiymətləndirməyə bilmərik"

“Biz "Qəbələ"ni qiymətləndirməyə bilmərik. Hamı bunu bilir”. Futbolxeber.az saytının məlumatına görə, bunu Belçika "Anderlext"inin qapıçısı Devi Ruf "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından öncə mətbuat konfransında deyib.

22 yaşlı qapıçı Azərbaycan təmsilçisinə hörmətlə yanaşdıqlarını bildirib. O deyib ki, hər bir rəqibə qarşı ən yaxşı oyunlarını sərgiləməlidirlər: "Bütün oyunlardan qalib ayrılmağa çalışırıq. Bunun üçün məşqlərdə var gücümüzlə çalışırıq. Aydındır ki, qələbə qazanmaq böyük məmnunluq gətirir. Amma heç də hər zaman 3 xal əldə etmək olmur. Hərdən alınır, hərdən yox..."

Duf Silvio Protonun "Ostende"yə transferindən sonra "Anderlext"in əsas qapıçısına çevrilib. Gənc "çərçivə" qoruyucusu 1 nömrə adını asanlıqla almadığını vurğulayıb: "Bu mövsüm həm yaxşı, həm də pis oyunlar keçirmişəm. Bu, gənc qapıçı üçün normal haldır. Hər bir oyunda əlimdən gələni edirəm. Amma daha yaxşısını edə bilərəm".  

Qeyd edək ki, sentyabrın 15-də Brüsseldəki "Konstant van den Stok" stadionunda keçiriləcək "Anderlext" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30