19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Nildo bizə çox kömək edəcək”

Yay təlim məşq toplanışını Almaniyada keçirən “Xəzər Lənkəran”, bu gün hazırlığın ikinci günündə məşqlərini davam etdirdi. Futbolxeber.az-ın məlumatına görə, dünən axşam yağan güclü yağış tezliklə dayanmaqla yanaşı havanın sərinləşməsinə də səbəb olmuşdu. Səhər məşqi fiziki təmrinlərlə başladı və bir saat ərzində qapıçılar istisna olmaqla futbolçular meydan boyu ayrılmış xüsusi nişanlara qədər müxtəlif qaçışları yerinə yetirdilər. Qapıçılar isə məşqçi Hafiz Əliyevin rəhbərliyi altında çalışırdılar ki, onlarda hələ ki, topla yox, əsasən fiziki gücə hesablanan çalışmaları yerinə yetirirdilər. Məşqin son yarım saatı isə daha maraqlı alındı. Belə ki, qısaldılmış meydanda futbolçuları iki qrupa bölən Con Toşak azərbaycanlı futbolçularla legionerləri ayrı-ayrı komandalara ayırdı. Bu zaman təkcə Adrian Pit və yeni transfer Nildo yerli futbolçuların komandasında yer aldı. Baş məşqçi qapıçıların olmadığı qapılara iki toxunuşdan istifadə etməklə yalnız vurulacaq qolların baş zərbəsi ilə hesablanacağını tapşırdı. Yarım saat ərzində daha yaxşı təsir bağışlayan yerli futbolçular ilk olaraq Kazım Kazımlı ilə hesabı açdı. Saçını qapıçı Toni Doblasa tamamilə kəsdirən Kazımın fərqlənməsini görən Con Toşakın “bundan sonra bütün hücumçular Toninin yanına gedib saçını azaltsın” zarafatı oyuna əlavə rəng qatdı. Nildonun ikinci qolunun daha baxımlı alınması da baş məşqçinin maraqlı etirafına səbəb oldu: “Üç aya Lənkəranda belə gözəl başla vurulan qol görmədim. Nildo bizə çox kömək edəcək”. Nəhayət, Kazım Kazımlının daha bir qolu ilə səhər məşqi yekunlaşdı. Komanda bu axşam daha bir məşqə çıxaraq hazırlığın ikinci gününü yekunlaşdıracaq.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30