25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Riçard Almeyda: "Oyunumu yaxşı analiz edə bilmirsiniz"

"Bizi olduqca çətin oyun gözləyir. Avropa Liqasında asan rəqib yoxdur".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Çexiya "Slovan"ı ilə keçirəcəkləri qrup mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

O bildirib ki, Avropa Liqasında bu mərhələyə qədər gələn komandaların hamısı güclüdür. Braziliyalı yarımmüdafiəçi yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklərinə söz verib, "Sambaçı" bir neçə gün əvvəl "Slovan"ın məşqçisi Yaroslav Kostlın söylədiyi "İmkanım olsa, Almeydanı öz komandama dəvət edərdim" fikrinə də münasibət bildirib: "Onun dedliklərinin oyunuma heç bir təsiri yoxdur. Öz baş məşqçimin göstərişinə əsasən oyunumu sərgiləyəcəyəm".

Almeyda əvvəlki kimi çıxış etmədiyi ilə bağlı suala isə belə cavab verib: "Mənə elə gəlir ki, siz oyunumu yaxşı analiz edə bilmirsiniz. Çünki hər oyunda tapşırığı yerinə yetirirəm".

Sonda təcrübəli orta sahə oyunçusu qrup mərhələsində mübarizə aparacaq "Qəbələ"yə Belçika "Anderlext"i ilə səfər oyununda uğurlar arzulamağı da unutmayıb.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30