19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Stamenkoviç "Neftçi" rəjbərliyini istefaya çağırdı: “Pul böldüyünüz futbolçuları mühafizə etməyiniz..”

“Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç klubun hazırkı rəhbərliyini, Müşahidə Şurasını istefaya çağırıb.

Futbolxeber.az saytının məlumatına görə, serb qapıçı feysbukda yer alan “Neftchi Baku [Fan Page]" səhifəsinə göndərdiyi müraciətdə “ağ-qaralar”ın hazırkı rəhbərliyinə qarşı ittihamlar irəli sürüb:

- “Neftçi”nin azarkeşi və 4 il klubun formasını geymiş biri kimi hazırkı rəhbərliyi, Müşahidə Şurasını tam heyətlə istefaya çağırıram. Azərbaycanın ən böyük klubunu daha biabır etmək olmaz. Sizin şəxsi maraqlarınız, pul böldüyünüz futbolçuları mühafizə etməyiniz...bunu mənə də təklif etmişdiniz. Haqqım olan pulun yarısını ödəmək, yarısını isə cibinizə qoymaq istəyirdiniz.

Azarkeşlər Elnura (Elnur Məmmədov nəzərdə tutulur-red.) rejissor kimi və Çingizə (Çingiz Abdullayev nəzərdə tutulur-red.) yazıçı kimi “Neftçi”ni necə məhv etmələri barədə kitab buraxmağa icazə verməyəcəklər.

Keçmişə qayıdaraq bizi - 12 legioneri niyə klubdan göndərdiyinizi soruşmaq istəmirəm. Bəlkə ona görə ki bizi kluba cənab Sadıqov (Sadıq Sadıqov nəzərdə tutulur-red.) gətirmişdi və biz “Neftçi”nin tarixindəki ən yaxşı heyət olmuşuq. Biz hazırda başqa klublardayıq. Yeni uğurlar əldə edirik və sizləri bağışlamışıq. Amma qorxuram ki, azarkeşlər sizi heç vaxt bağışlamayacaqlar.

Oyunçular, məşqçilər günahkar deyillər. Günahkar sizin futboldakı biliksizliyinizdir. Ona görə də “Neftçi”ni məhv etməmək üçün gedin. “Neftçi”yə eşq olsun”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30