20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”də səhərə qədər iclas: 0:8-ə görə kimlər qurban getdi?

Topaz Premyer Liqanın 4-cü turunda "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin  Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub:

1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib.

2. "Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq.

3. "Neftçi” PFK-nın hazırki əsas heyətində ciddi islahatlar aparılacaq.

4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.

5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30