25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Fariz Nəcəfov: “Bu qələbə “Anderlext”ə gözdağı deyil” (MÜSAHİBƏ)

"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Futbolxeber.az saytına müsahibəsi

- “Neftçi”nin qapısından 8 cavabsız qol keçirəcəyinizi gözləyirdiniz?

- Xeyr, bu cür hesab gözləmirdim. Əsas olan 3 xal idi, onu da qazandıq. Bu gün 2 komandadan biri uduzmalıydı. Elə alındı ki, biz qalib gəldik. Hesabın elə də önəmi yoxdur. 

- 8:0-lıq qələbəni “Anderlext” üçün gözdağı hesab etmək olar?

- Yox, belə deməzdim. Vacib olan 3 xal qazanmaq idi. Komanda öz oyun üslubuna, taktikasına sadiq qaldı. Bu da məni sevindirir. Hesabın necə olmasından asılı olmayaraq, öz oyunumuzu göstəririk. 

- Bu hesab “Anderlext”lə oyundan öncə komandada arxayınçılıq yaratmayacaq?

- Tam fərqli oyunlardı. Komanda hər görüşə başqa cür motivasiya olur. 

- Nəticəni nəzərə almasaq, göstərilən oyun sizi qane etdi?

- Bayaq dediyim kimi, rəqibin adından, hesabdan asılı olmayaraq, komandamız öz oyun tərzinə sadiq qalır. Əsas olan budur. 

- Hesaba görə “Neftçi”yə yazığınız gəldi?

- “Neftçi” bu gün uduzdu. Onlara qarşıdaı görüşlərdə uğular arzulayıram. Yəqin ki, bu vəziyyətdən çıxıblar. 

- “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev hər müsahibəsində ardıcıl 5 dəfə kubokda finala çıxmalarını qabardır ki, bunun da ikisində onlar “Qəbələ”ni keçiblər...

- Çingiz Abdullayevin fikrinə hörmətlə yanaşıram. Statistikaı nəzərdə tutur. Faktı deyir. Olan şeyi deyir. Ona görə də fikri ilə razıyam. 

- Dünən “Qarabağ” 6, bu gün “Qəbələ” 8 cavabsız qolla qalib gəldi. Premyer Liqada rəqabət zəif olması sizi narahat edir?

- Təbii ki, çempionatın səviyyəsi, komandaların sayı nə qədər güclü olsa, daha yaxşı olar. Bu halda futbolçular daha çox inkişaf edərlər. Lakin hazırda reallığı qəbul etməliyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30