28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Oyun bitməmiş istefa verin....

Çingiz Abdullayev təxminən 1 saat əvvəl, “Qəbələ” ilə oyundan öncə jurnalistlər üçün brifinq keçirib. Müşahidə Şurasının sədri təxminən 14 dəqiqəlik müsahibədə olduqca maraqlı danışıb. Jurnalistlə Vəli Qasımovun xəstəxanada olması ilə bağlı mərcə girmək istəyib, komandanı düşdüyü vəziyyətdən çıxarmaq üçün veteranlara səslənib, tez-tez baş məşqçi dəyişikliyinə görə jurnalistləri günahlandırıb, hazırda çempionatda lider olan əvəzedicilərinin uğurunu işıqlandırmadığı üçün medianı suçlayıb və s. Üstəlik, Müşahidə Şurasında hər hansı istefa olmadığını bildirib. Onu da əlavə edib ki Qurban bayramından sonra futbol tarixində görülməmiş qərarlar qəbul edə bilərlər. Klubda olacaq mümkün dəyişikliklərin gecikməsini müsəlmanların müqəddəs bayramı ilə əlaqələndirib, “Qurban bayramına 1 gün qalmış adamı işdən çıxardarlar?”, deyib.

Artıq brifinqin üstündən 1 saat keçib. Geridə qalan 1 saat ərzində “Neftçi”nin “ən yeni tarixi yazılır”. Komanda ilk 45 dəqiqədə “Qəbələ” ilə görüşdə qapısında 5 qol görüb. Bəli, 5 qol. Orta hesabla “Qəbələ” hər 9 dəqiqəyə “Neftçi”yə qol vurub. Bu isə “ağ-qaralar”ın ölkədaxili yarışlarda ən biabırçı nəticəsidir. Düzdür, 2007-ci ilin 20 oktyabrında da “Neftçi” qapısında 5 qol görmüşdü. Lakin həmin vaxt “Bakı” “ağ-qaralar”ın qapısına 90 dəqiqə ərzində 5 dəfə yol tapmışdı. Üstəlik, Branimir Subaşiç “Neftçi”nin prestij qolunu vurmağı bacarmışdı...

Böyükağa Hacıyevin dediyi kimi, indi 1 ana, 3 bacı lazımdır ki “Neftçi”ni qabağına qoyub ağlasın.

Böyüklük kimi çıxmasın, amma “Neftçi” rəhbərliyinə məsləhət görərdik ki “Qəbələ” ilə oyun bitməmiş istefa versinlər. Çünki “Neftçi”nin bundan biabırçı günü ola bilməz...4 oyunda 3 məğlubiyyət bir qırağa, 45 dəqiqəyə 5 qol “Neftçi”nin adına, tarixinə ləkədir. Bu biabırçılığın yeganə variantı matç bitməmiş istefa verib, getməkdir. Başqa variant yoxdur! “Neftçi”nin bundan da pis günü ola bilməz!

Futbolxeber.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31