16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Qurban Qurbanov: “Biz ona nə qədər lazımdısa, pul ödəyirik”

"Tərlan Əhmədova təşəkkür edirəm. Bu görüşü AZAL-ın meydanında oynamalı idik. Ancaq onlar razılıq verdilər, burda oynadıq. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Bizi qarşıda vacib oyun gözləyir. Bu oyuna ciddi hazırlaşmalıyıq. Vaxtımız azdır. Çünki bir müddətdir, komanda bir yerdə deyildi. Bu gün qalib gəlməyimizə baxmayaraq, ilk hissədə bizə asan olmadı. Bu səhvləri aradan qaldırmalıyıq. AZAL-a növbəti oyunlarda uğurlar arzulayıram".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 4-cü turunda AZAL-a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün oyunu "Slovan”ın məqşçisi də izləyirdi. Bu qələbəni rəqibə göz dağı kimi düşünmək olar?

- Onlar bizi tanıyırlar. Bu qələbənin "Slovan"a psixoloji təsir edəcəyini düşünmürəm. Sadəcə olaraq komandanı daha yaxından izləmək istəyirlər. Bu komanda 2 il Avropa Liqasının qrup mərhələsində oynayıb. Mən onların bir oyununu canlı izləmişəm. Həmin görüşdə 1:0 hesabı ilə qalib gəlmişdilər. "Slovan" çox dinamik, hərəkətli komandadır. Çətin olacaq.

- Hamı "Slovan”la ev oyunununun Olimpiya stadionunda olacağını düşünsə də, qarşılaşma "Dalğa Arena”da olacaq. Arenanın azarkeş tutumunun az olması sizə mənfir təsir etməyəcək?

- Mən istərdim ki, oyun böyük stadionda olsun. Ancaq hər bir halda normal meydançada oynamağa çalışmalıyıq. Bəlkə də indi Olimpiya stadionunun ot örtüyü yaxşıdır. Ancaq biz heç də o stadionun ot örtüyü yaxşı olduğu halda başqa stadionu seçməmişik. Biz azarkeşləri də hər zaman düşünürük. "Dalğa Arena”da sadəcə, bir oyun olacaq.

- Bu oyunu "Slovan”la qarşılaşma öncəsi məşq hesab etmək olar?

- Biz heç bir oyuna məşq kimi yanaşmırıq. Məşq bu görüşdən sonra olacaq.

- Bu qələbə ilə "Qarabağ”ın AZAL-dan 2:6 hesablı məğlubiyyətinin əvəzini çıxdığını demək olar?

- Ümumiyyətlə, bu barədə düşünməmişəm. Heç bir komandaya qarşı qisas barədə düşünmürəm. Belə bir şey düşünsəm, heç nə əldə edə bilmərəm. Həyatda qisas almaq daha asandır, nəinki idmanda.

- Aqolliyə millinin oyunları ilə bağlı istirahət vermişdiz?

- Bəli. O, komandaya dünən qoşuldu. Yorğun idi. Buna görə ona istirahət verdik.

- UEFA AVRO-2016-da iştirak edən oyunçulara görə klublara müəyyən məbləğ ödəyəcək. "Qarabağ”ı Aqolli AVRO-2016-da təmsil etdi. Bu məbləğin neçə faizi ona çatacaq?

- Bu, çox az məbləğdir. Biz ona nə qədər lazımdısa, pul ödəyirik (gülür).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30