20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rus jurnalistdən etiraf: “Ramilin qədrini bilmədik”

Rusiyanın nüfuzlu "Sport-Ekspress" qəzeti Ramil Şeydayev haqda yazı dərc edib.

Yazı rusların Ramil Şeydayevə necə itirmələri, hücumçunun niyə Azərbayacn milli komandasını seçməsi ilə bağlıdır.

Tanınmış yazar İqor Rabiner məqaləsində özlərini, Ramilə güvənməyən klubları, Rusiya futbolunun başbilənlərini, Rusiya Futbol İttifaqının rəhbərliyinı qınayıb. Onun fikrincə, vaxtında Şeydayevin qədrini bilsəydilər, indi belə itki ilə üzləşməzdilər: "Ramilin San Marino ilə oyunun 88-ci dəqiqəsində Azərbaycan milli komandasının heyətində meydana çıxması ilə geriyə yolu birdəfəlik bağlandı. Biz böyük istedadı itirdik. Onsuz da son vaxtlarda bizdə belələri çox az-az yetişir. Ola bilər ki, Ramil seçimində bir az tələsib, səhv edib. Heç kim bilmir ki, Azərbaycan milli komandası nə vaxtsa böyük turnirlərin final mərhələsinə çıxa biləcəkmi".

Rabiner Şeydayevin yetişməyində böyük rolu olan "Zenit-2"in baş məşqçisi Vladislav Radimovun onun haqda xoş xatirələrini qələmə alıb. Məlum olub ki, 20 yaşlı hücumçumuz hələ ötən mövsüm bu komandanın heyətində Rusiya çempionatında birinci divizionunda parladığı zamanı Radimova Azərbaycan milli komandasında oynamaq varinatının olduğunu etiraf edib. Həmin vaxt baş məşqçi onu bu addımı atmaqdan çəkindirməyə çalışıb.

Ona başa salıb ki, ən yaxşısı dözüb Rusiya milli komandasına yetişməkdir: "Axı Azərbaycan milli komandası çətin ki böyük turnirlərdə çıxış edə bilsin. Ancaq Şeydayev nə qədər Radimova hörmət etsə də, sonuncu Rusiya Futbol İttifaqının yerinə yetirməli olduğu işi görə bilməz. Varlı ailədən olmayan Şeydayevin Azərbaycandan cəlbedici maddi vəsaitin qarşılığında yola gəlməsi mənim üçün heç bir əhəmiyyət daşımır. Hətta bu, həqiqət olsa belə".

Xatırladaq ki, Şeydayev Rusiya U-17 ilə Avropa çempionu, U-19-la qitə birinciliyinin gümüş medalçısı olub. O, U-19-ların turnirində vurduğu 12 qolla bu yaş qrupunda Avropa çempionatlarının tarixində məhsuldarlığa görə rekordçu olub və final mərhələsinin rəmzi yığmasında yer alıb.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30