20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Əmirquliyev: "Buna da şükür"

Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirqulyevin San Marino ilə DÇ-2018-in seçmə qrup matçından sonra "Report"a müsahibəsi

- Öncə oyunla bağlı fikirlərinizi bölüşərdiniz?

- Çox çətin oyun oldu. Çünki rəqib tamamilə müdafiəyə çəkilmişdi. Bu da bizə həmin müdafiəni yarmaqda çətinlik yaradırdı.

- Amma yaratdığınız imkanları da qola çevirə bilmirdiniz.

- O da düzdür. İlk yarı ilə müqayisədə ikinci hissədə daha çox qol imkanımız oldu. Yenə buna da şükür. Əsas o idi ki, 3 xalı qazandıq.

- Daha çox qol vurmağa nə mane oldu?

- Dediyim kimi, rəqib çox arxaya çəkilmişdi. Düşündük ki, ilk yarıda biz qol vurduğumuz üçün fasilədən sonra rəqib bir qədər irəli çıxacaq. Amma taktikanı dəyişmədilər və birinci hissədə necə oynamışdılarsa, ikinci hissədə də elə çıxış etdilər.

- Burada rəqibin azlıqda qalması da rol oynadı?

- Məncə, bunun say azlığı ilə əlaqəsi yox idi. Onlar elə oyun başlayandan müdafiəyə çəkilmişdilər.

- Düşünmürsünüz ki, milli komanda hələ tam hazır deyil?

- Onu mən deyə bilmərəm. Problem varsa belə, məşqçilər təhlil edəcək. Ola bilsin, ilk oyundur və bunun da təsiri var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30