20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Rəvan" yeni mövsümün hazırlığına başladı

"Rəvan” Futbol Klubu 2013/14 mövsümünə hazırlıqlara rəsmən start verdi. Futbolxeber.az-ın məlumatına görə, dünən komandanın yerli üzvləri həkim müayinəsindən keçdikdən sonra bu gün artıq məşqlərə başlanılıb. Legionerlər düşərgəyə 23-nə qədər qoşulacaq və onlar tibbi baxışdan ayın 24-də keçəcək.

Bugünkü məşqə gəlincə, "Bayıl stadionu”nda baş tutan ilk hazırlıqda heç də bütün yerli oyunçular iştirak edə bilməyib. Nodar Məmmədov, Tofiq Mikayılov, Bəxtiyar Soltanov, Hüseyn Axundov və Ramazan Abbasov hərbçilər arasında keçiriləcək dünya çempionatına hazırlaşan milli komandamızın heyətində yer aldığından onlar hazırlığın bir hissəsini buraxacaq. Belədə baş məşqçi Ramil Əliyev hazırlıqda əvəzedici komandadan bəzi oyunçuları, o cümlədən aşağı yaş qrupları üzrə komandalarımızdan bir neçə futbolçunu sınayır.

Məşqin özü isə ilk olduğundan sakit məcrada cərəyan etdi. Baş məşqçi futbolçuları artan templə hazırlamağı məqsədəuyğun bildiyindən bu gün yüngül məşq oldu. Amma topla rəftara xüsusi diqqət ayıran Ramil Əliyev qapıya zərbələr, "kvadrat” və ikitərəfli oyunu da yaddan çıxarmadı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30