20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Millimiz San Marinoda oyunöncəsi məşqə çıxdı

DÇ-2018-in seçmə mərhələsində San Marino yığmasının qonağı olacaq futbol üzrə Azərbaycan millisi oyunöncəsi son məşqinə çıxıb. Futbolxeber.az saytının məlumatına görə, komandamızın son məşqi oyunun keçiriləcəyi Olimpiya Stadionu, başqa adı ilə "San Marino stadionu"nda baş tutub.

Mətbuat nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olan məşqə baş məşqçi Robert Prosineçki futbolçuların isinmə hərəkətləri ilə start verib. Ardınca yığma üzvləri toplu çalışmalara keçiblər.

Millinin məşqini AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da izləyib. Məşq zamanı "Milli dəstə" azarkeş qrupu da komandaya öz şüarları ilə dəstək olub.

Yığmamızdan öncə isə meydan sahibləri son çalışmalarını yerinə yetirib. Baş məşqçi Pyerancelo Mansaroli komandasını oyunun keçiriləcəyi stadionda deyil, təxminən 200 metr aralıda yerləşən meydançaya çıxarıb. İlk olaraq komanda üzvləri San Marino Futbol Federasiyasının prezidenti Corco Kreşentini ilə görüşüb. Bu məşqin də ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Bu müddətdə meydan sahibləri yalnız baş məşqçinin təlimatlarını dinləyib, heç bir çalışma yerinə yetirməyiblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30