Ölkə futbolu
Robert Prosineçki: "Bizi sabah ancaq üç xal qane edir"
"Hazırlığın gedişindən razı qalmışam. Avqustun 24-dən komanda toplanışdadır. Bakıda da bunu bildirmişdim. Şərait də məni tam qane etdi. Təəssüf ki, iki futbolçumuz - Bədavi və Ruslan zədəli olduqları üçün bizimlə deyillər. Sabahkı oyuna tam hazırıq. İlk oyuna qələbə ilə başlamaq istəyirik. Hədəfimiz Bakıya 3 xalla qayıtmaqdır". Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-in seçmə mərhələsində səfərdə San-Marino ilə keçiriləcək oyundan danışan xorvatiyalı mütəxəssis bunları bildirib: "Əminəm ki, hamını əsas heyət maraqlandırır. Təəssüf ki, zədəli futbolçularımız var. Hava yaxşıdır və heç çətinlik, psixoloji gərginlik yoxdur. Sabahkı oyunu böyük həvəslə gözləyirik. Məşqdəki performansı göstərsək, heç bir çətinliyimiz olmayacaq. Bu oyuna nikbin baxmalıyıq. Son yoldaşlıq oyunlarından da razı qalmışam. Komandam həm fiziki, həm də psixoloji baxımdan hazırdır. Klublarında əsas heyətə düşməyən futbolçular özlərini yaxşı tərəfdən göstərir. Ramil Şeydayev və Emil Mahmudov da komandaya sağlam rəqabət gətirir".
Baş məşqçi San-Marino əhalisini Respublika Günü münasibəti ilə təbrik edib: "Bayram öz yerində, ancaq sabah biz futbol oynayacağıq. Son günlərdə komandamdan həzz alıram. San-Marino futbolçularının öz millətinə hədiyyə verməməsinə çalışacağıq. Bizi yalnız qələbə qane edir. Son oyunlarda qol şanslarından istifadə edə bilməmişik. Bunun da üzərində işləmişik. Rəqibi kifayət qədər təhlil etmişik".
Xorvatiyalı məşqçi rəhbərlik etdiyi komandanın Rusiyada keçiriləcək DÇ-2018-də iştirakının mümkünsüz olmadığını söyləyib: "Artıq ilyarımdır Azərbaycandayam və komandaya hamıdan çox mən inanıram. Ən böyük nikbin insan da mənəm. Ancaq çətin qrupa düşmüşük. Mən komandada olan hər kəsə inanıram və deyirəm ki, niyə də yox? İstərdim ki, hər kəs komandaya inansın və "Niyə də yox?" şüarımızı desin. Biz böyük komandalara qarşı futbol oynamağı bacardığımızı göstərmişik".
O, öz klubunda meydana çıxmayan futbolçuların milliyə dəvət olunmasından da danışıb: "Kamran, Ramil, Emil klublarında oynamır. Siz düşünürsünüz ki, onlar meydana çıxacaq? Ramil və Emil yeni oyunuçlardır. Onları dəvət etmişəm ki, hər şeyi canlı görüm. Mahmudovla bağlı onu deyirəm ki, toplanışda bir müsbət sürpriz varsa, o da Emindir. Onun topla davranışı yüksək səviyyədədir və inanıram ki, qısa zamanda "Boavişta"nın heyətində yer alacaq. Həmin mövqenin oyunçuları rəqabət hiss edəcəklər. Azərbaycanda bu gün ən yaxşı qapıçı Kamrandır. Bilmirəm nəyə görə, Kamran Azərbaycanda klub tapa bilmir? Mən Səlahətlə Anara da böyük hörmət edirəm".
Prosineçki San-Marinoya qarşı start heyətini də açıqlayıb: "Əsas heyətlə bağlı çox düşündüm və son 10-12 gündə oyunçuların vəziyyətini nəzərə alaraq çətinlik çəkdim. Mənim fəlsəfəm hücumameylli oyundur. Heyətdə Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov və Ruslan Qurbanov yer alacaq".
R.Prosineçki millinin heyətinə cəlb olunacaq Dəniz Yılmazla bağlı danışmaq istəməyib: "Dəniz Yılmazla bağlı məsələyə gəlincə, bu barədə indi danışmaq istəmirəm. Çünki bütün diqqətimizi sabahkı oyuna yönəltmişik. San-Marino ilə oyundan sonra Dəniz Yılmazla bağlı danışaram"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
-
10:52
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
-
10:26
“Borussiya" "Atletiko"nu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:11
Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"
-
09:47
PSJ səfərdə "Barselona"nı diz çökdürdü VİDEO
-
09:30
Minifutbol üzrə Azərbaycan çempionatı: 1/2 finalın ilk oyunları keçirilib
-
18:20
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
-
17:42
"Şəki Siti" "Göygöl"ə belə qalib gəldi VİDEO
-
17:31
“Neftçi” yarımfinalın ilk oyununda uduzdu
-
16:59
Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır
-
16:15
Dadaşov üçün mövsüm başa çatdı
-
15:27
90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
-
14:43
Azərbaycan gimnastları Çexiyada yarışacaqlar
-
14:36
Millimizin basketbolçusu: “Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”
-
14:18
Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub
-
13:54
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlandı
-
13:22
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verdi
-
13:05
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
-
12:31
Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
-
12:19
Şəhriyar Məmmədyarov Nicat Abbasova dəstək oldu
-
11:57
Musa "Yurqorden"in gənclər komandasında qol vurub
-
11:46
“Sumqayıt”ın yarımmüdafiəçisi: “Hələ heç nə bitməyib, mübarizə qabaqdadır”
-
11:30
Millimizin heyəti açıqlandı
-
11:23
"Valensiya" 3 xalı tək qolla qazandı VİDEO
-
11:08
Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
-
10:52
“Atalanta” qələbəni əldən verdi VİDEO
-
10:35
Millimizin müdafiəçisi "Ludoqorets"ə qarşı oynadı
-
10:24
“Çelsi” “Everton”u darmadağın etdi VİDEO
-
10:11
“Zirə”nin sabiq müdafiəçisi vəfat edib
-
09:59
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
09:47
İddiaçılar Turniri: Abasov Nakamuraya uduzub
-
09:30
"Fiorentina" öz meydanında büdrədi VİDEO
-
17:36
Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib
-
17:11
“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazanıb
-
16:48
"Kəpəz"in futbolçusu üçün əlamətdar oyun