28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” üçün əlamətdar gün

Bu gün “Qəbələ” İdman Klubu üçün əlamətdar gündür. Futbolxeber.az saytının məlumatına görə, 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Qəbələ”nin 11 yaşı tamam olur. Komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib. 2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçən klub 2005-2006 mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edib. 2006-cı ilin əvvəlində klubun adı dəyişdirilərək “Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya yüksəlib. 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də “Gilan” PFK adını “Qəbələ” PFK adına dəyişdirib. Premyer Liqada 11-ci mövsümünü keçirən klub artıq çempionatın liderlərindən birinə çevrilib. Son üç mövsümdə bürünc medalların qazanılması, 2013-2014 mövsümündə kubokun finalı da buna sübutdur. Avrokuboklara cəmi 3 dəfə qatılmasına baxmayaraq, “Qəbələ” 2 dəfə Avroliqanın qrup mərhələsində iştirak etmək hüququ qazanıb. “Qəbələ” son illər həm də milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunur.

“Qəbələ” İdman Klubu təkcə əsas komandanın uğurları ilə deyil, akademiyası və digər idman növləri ilə də sözünü deməyi bacarıb. Aşağı yaş qruplarından ibarət yığmalara oyunçu verməklə kifayətlənməyən akademiyanın yetirmələri son illərdə dəfələrlə Azərbaycan çempionu olub. Akademiyanın fəaliyyət göstərdiyi 9 ildə 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib.

2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri - boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. Qısa müddətdə döyüş növləri üzrə idmançılar Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Azərbaycanı və “Qəbələ” İdman Klubunu Bakı-2015 Birinci Avropa Oyunlarında, Rio Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar yaddaqalan uğura imza atıblar. Qəbələ Atıcılıq Klubunun mərkəzi dünyanın ən yaxşı atıcılıq komplekslərindən biri olmaqla yanaşı, bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31