20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslan Qurbanov “Neftçi”dən şikayətləndi: “Əməyimi qiymətləndirməyən insanlar oldu”

“Qəbələ”yə transfer olunan Ruslan Qurbanov “Neftçi”dən gedişini şərh edib. Futbolxeber.az saytının məlumatına görə, millimizin hücumçusu sosial şəbəkədə fikirlərini bölüşüb:

- “Qəbələ”yə keçidimi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Eləcə də mənə dəstək olmayanlara minnətdaram. Həmçinin “Neftçi” fanatlarına da təşəkkürüm var. Onlar hər zaman qəlbimdə olacaqlar. “Neftçi”də çətin vəziyyətlə üzləşdim. Bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, hər kəs məni anlayar. Mənə qarşı haqsızlıq edildi. Bu, artıq son idi. Buna görə də “Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də “Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər. Özümü başqa komandada sınamaq və futbolçu kimi inkişaf etmək istəyirəm. Roman Qriqorçukla birgə çalışmağı arzuayırdım. Bir daha mənə dəstək olanlara təşəkkürümü bildirirəm. “Neftçi”yə yaxşı günlərim olub. “Qəbələ”yə keçməsəydim, Avropaya yollanardım. Mənimlə Avstriyanın “Şturm” klubu, eləcə də Xorvatiya komandaları maraqlanırdı. İstəmirəm ki, “Neftçi” azarkeşlər mənə qarşı kin saxlasınlar. Hesab edirəm ki, onlar mənim hansı səbəbdən “Neftçi”ni tərk etdiyimi anlayacaqlar. Mənim əməyimi qiymətləndirməyən insanlar oldu. Halbuki 18 qol vurmuşdum. Hər kəsə təşəkkürlər!

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30