25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ”də xorvatiyalı yarımmüdafiəçi

“Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir yeni futbolçu qatıb. Futbolxeber.az saytının məlumatına görə, hücum xəttini Ruslan Qurbanovla gücləndirən “qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə də anlaşıb. 25 yaşlı orta sahə oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Futbolda ilk addımlarını “Kroatia Sesvete” klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb “Dinamo”sunun gənclərdən ibarət heyətinə cəlb edilib. Peşəkar karyerasına da bu klubda başlayan Franyiç 2010-2014-cü illərdə “Dinamo”ya məxsus olub. O, bu müddətdə icarə əsasında “Lokomotiv” (2010), “Radnik” (2010-2013) və “İstra”nın (2013) formasını geyinib. “Dinamo” ilə müqaviləsi başa çatandan sonra Petar “İstra” (2014-2015) və “Split”də (2015-2016) çıxış edib. Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30