17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ruslan Qurbanov “Qəbələ”də

Ardıcıl ikinci mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” hücum xəttini Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovla gücləndirib. 25 yaşlı ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Rusiyada anadan olan futbolçu Stavropol “Dinamo”sunun yetirməsidir. Bu ölkədə “Rostov” (2008-2010), “Nika” (2008, icarə əsasında) və “Taqanroq”da (2009, icarə əsasında) çıxış edən Qurbanov 2010-cu ildə Azərbaycana transfer olunub. Bu müddətdən “Neftçi”nin şərəfini qoruyan milli üzvü 2011-2013-cü illərdə “Sumqayıt”, 2015-ci ildə Xorvatiya “Hayduk”una icarəyə verilib. Azərbaycan Premyer Liqasında keçirdiyi 119 matçda 28 qol vuran oyunçu ölkə çempionu (2010-2011) və kubokun qalibi (2013-2014) adını qazanıb.

Hazırda Azərbaycan milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib. Bunadək o, U-21 millisinin də şərəfini qoruyub.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30