19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

San-marinolu qapıçı: “Azərbaycan millisi kağız üzərində favoritdi”

“Azərbaycan yığması şanslı sayıla bilər. Amma biz də uğurlu nəticə üçün meydana çıxacağıq”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bunu San-Marino yığmasının qapıçısı Aldo Simonçini deyib.

San-Marino DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 4-də Azərbaycan millisinə qarşı keçirəcək. Dünən 30 yaşını qeyd edən rəqibin qolkiperi FİFA-nın rəsmi saytına açıqlamasında millimizlə qarşıdakı matçı dəyərləndirib.

Simonçini yığmamızdan çəkindiklərini etiraf edib: “Azərbaycan millisi kağız üzərində favoritdi. Amma unutmayaq ki, bu, futboldu. Həmişəkindən daha çox risk edib, nəticə qazanmağa çalışacağıq. Ancaq bu o demək deyil ki, turnir cədvəlində Azərbaycan yığmasını qabaqlayacağıq. Komandada hələ boşluqlar var”.

2006-cı ildən yığmanın çərçivəsini qoruyan “Libertas” klubunun üzvü yığmasının ardıcıl məğlubiyyətlərinə də münasibət bildirib. O, bunu peşəkar hazırlıqla əlaqələndirib: “Heç kim məğlubiyyəti sevmir. Həmçinin biz də. Təbii ki, öz gücümüzə bələdik. Əksər ölkələrdəki futbolçularla bizim oyunçuların yaşayış tərzi fərqlidi. Peşəkarlığın da öz tələbləri var. Çempionatımızın səviyyəsi yüksək səviyyədə deyil ki, böyük komandalara oyunlarda nəsə edə bilək. Buna baxmayaraq, məşqlərdə əlimizdən gələni edirik”.

Qeyd edək ki, San-Marino - Azərbaycan oyunu sentyabrın 4-də Serravalle şəhərindəki 6664 nəfərlik tutuma malik milli stadionda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30